“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Dünya əhəmiyyətli abidəmiz olan Damcılıda “Avropa İrs Günləri”

19-20 sentyabr 2019-cu il tarixlərində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Damcılı” filialında “Avropa İrs Günləri” təşkil edilmiş, bu münasibətlə Açıq qapı günləri və təntənəli tədbirlər keçirilmişdir. Tədbirdə mədəni İrsimizi, milli-mədəni dəyərlərimizi təbliğ etmək üçün Qazaxa məxsus olan bir neçə əl sənətkarlıq nümunələri sərgilənmişdir. Bunlardan sırf Avey dağının özündən çıxan qaya daşlarından yonularaq su daşının hazırlanması, milli ruhumuzun qidası olan aşıq sənətinin simvolu sazın yonulub hazırlanması, çay daşlarının yonularaq kiçik heykəllərin hazırlanması kimi sənətkarlıq işləri nümayiş olunmuşdur.
Bunlardan əlavə qoruq ərazisindən tapılmış maddi-mədəniyyət nümunələrindən ibarət pavilyon qurulmuş, buklet və flayerlər gələn qonaqlara paylanılmışdır.
Tədbirin bədii hissəsində gənc şairlərdən şerlər, rəqs nümunələri, musiqi nömrələri, səhnəciklər təşkil olunmuşdur.

Dünya əhəmiyyətli abidəmiz olan Damcılıda “Avropa İrs Günləri”