“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu Çin Xalq Respublikasında təmsil olundu.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu Çin Xalq Respublikasında təmsil olundu.

 

      6 noyabr 2019-cu ildə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Ağstafa rayonunda yerləşən “Keşikçidağ” və Qazax rayonunda yerləşən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruqları Çin Xalq Respublikasında keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qoruqların ərazisində yerləşən abidələr – mağaralar, məbədlər, kurqanlar, qala, qədim inanc yeri, mağaraların divar və tavanlarında yağlı boya ilə çəkilmiş dini mövzuda rəsm əsərləri olan freskalar Azərbaycanın hüdudlarını aşaraq beynəlxalq səviyyədə də marağa səbəb olub.

IV Beynəlxalq Mural Forumuna qoruqlar tərəfindən “Qafqaz Albaniyasının qəbir abidələri” adlı elmi məruzə göndərilib. Məruzə təşkilatçılarda böyük maraq oyatdığından forumun gündəliyinə salınıb və qoruq əməkdaşları foruma dəvət alıblar. Forumda məruzəçilər konfrans iştirakçılarının onlara ünvanlanan suallarına ətraflı cavab verməklə, qoruğa aid olan maddi-mədəniyyət nümunələrinin əks olunduğu slayd təqdim olunub. İştirakçıların diqqətinə çatdırılıb ki, tolerant bir ölkə olaraq Azərbaycanda müxtəlif dövrlərdə yaradılan, fərqli dini etiqadlara xidmət edən abidələrə münasibət həmişə müsbət olub. Qoruqlarda maddi-mədəniyyət nümunələri zamanla fiziki təsirlərə məruz qalmasına baxmayaraq öz tarixi simalarını indiyədək qoruyub saxlayıb. Qeyd olunub ki, mağara-məbədlərin həm müqəddəs yer kimi ziyarət edilməsi, həm də turistlərin cəlb edilməsi tolerantlığın təntənəsi olmaqla yanaşı, bu abidələrin dünyaya tanıdılmasında da əhəmiyyətli rol oynayar. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu Çin Xalq Respublikasında təmsil olundu.