“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Ölkəmizi tanıyaq” layihəsinin iştirakşıları qoruq ərazisində

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl-Tovuz-Ağstafa-Qazax marşrutu üzrə ekskursiyaya çıxan Füzuli, İmişli, İsmayıllı, Oğuz, Qəbələ, Şamaxı və Şəki məktəbliləri martın 25-də Qazax rayonu ilə tanış olublar. Respublikamızın qərb bölgəsi üzrə təşkil olunan bu tur-aksiyada 7 şəhər və rayon üzrə 315 nəfərin iştirak etdiyi məktəbli qoruğumuzun ərazisində də olmuşdurlar.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Göyəzən” və “Damcılı” filiallarında olarkən Göyəzən dağı və Damcılı mağarası ilə tanışlıq şagirdlərdə xoş və zəngin təəssürat yaradıb. Məktəblilərə bu qədimi yerlər və abidələr haqqında geniş məlumat verilərək bildirilib ki, bu ərazilər həm də qədim yaşayış məskənləri olmuşdur.

“Ölkəmizi tanıyaq” layihəsinin iştirakşıları qoruq ərazisində