“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Antalya konfransında iştirak

İKSAD tərəfindən Türkiyənin ən böyük turizm şəhəri olan Antalyada 20-23 mart 2018 -ci il tarixləri arasında “Beynəlxalq mədəniyyət Zirvəsi” adlı simpozium təşkil edilmişdir. Bu simpoziuma qatılmaq üçün “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu tərəfindən “Qafqaz Albaniyasının qəbirüstü abidələr: daşyonma sənətinin plastikası” adlı məqalə göndərilmişdir ki, məqalədə qoruq ərazisində xüsusilə, Göyəzən dağının ətəyində aşkar edilmiş, qəbir abidəsi və arxeoloji qazıntılardan əldə edilmiş maddi-mədəniyyət nümunələrindən bəhs edilmişdir.







Antalya konfransında iştirak
Spread the love