“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

HÜQUQ VƏ MƏQSƏDLƏRİ

Qoruğun hüquq və məqsədləri

1.  Ərazisində yerləşən tarix-mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlayır;

2.  Qoruğun ərazisində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı olmadan  görülən hər hansı abadlıq, bərpa, rekonustruksiya, regenerasiya  və təmir-tikinti işlərinin aparılmasına qadağa qoyur;

3.  Qoruq ərazisində dövlət (bələdiyyə) mülkiyyətində olan abidələrin istifadəsinin, o cümlədən icarəyə verilməsinin mövcud qanunvericiliyə uyğunlaşdırılmasını təmin edir;

4.  Qoruğun muhafizə zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsi müvafiq qanunvericiliyə əsasən Azərbyacan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə həyata keçirilir

5  Mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər verir;

6.  Müstəqil ekspertəri və mütəxəsisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir;

7.  Qoruq ərazisində mədəni-kütləvi tədbirlərin  keçirilməsində, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasında, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak edir, müxtəlif növ pullu xidmətlər göstərməklə qanunvericiliyə zidd olmayan gəlir əldə edir;

8.  Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədilə Elmi Şura yarada bilər. Şuranın tərkibi Qoruğun təklifi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilir.

HÜQUQ VƏ MƏQSƏDLƏRİ
Spread the love