“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

ƏSKİPARA ABİDƏLƏRİ

Əskipara məbədi.

Məbəd V-VIII əsrlərdə tikilmişdir. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və möhtəşəm görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir.

Bu məbəd meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldılmışdır, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir.

Güman edilir ki, içqalalı kompleks Alban dövlətinin başçıları olmuş böyük Mihrani hökmdarlarının iqamətgahı idi. Albaniya hökmdarlarının qış iqamətgahı olmuş Xalxal şəhərinin məhz bu yerdə lokallaşdırılması bunu təsdiq edə bilər. Buna görə də kompleksin hələ V əsrdə yarandığını ehtimal etmək olar. Kərpic texnikasının xarakteri və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə əsas binanı XI əsrə aid etmək mümkündür.

İbadətgah

Əsas bina – ibadətgah diqqəti daha çox cəlb edir. Bura plan baxımından düzbucaqlıdır. Abidənin mühafizə olunmuş fraqmentləri təsdiq edir ki, o mühüm memarlıq əsəri idi. Bina yaxşı bişirilmiş 24x22x4 santimetr ölçülü kvadrat kərpiclərdən ucaldılmışdır. Abidənin memarlıq detalları da qismən kərpiclərdən (mərkəzi tağın əhatələnməsi), karnizlər isə yarımnəbati oyma naxışlı yonulmuş daşlardan hazırlanmışdır.Binanın memarlıq həllində divarların tağlama ilə işlənməsi aparıcı əhəmiyyətə malikdir. Bu üsul baş fasadda alaqapıya keçir. Alaqapı daha geniş və daha uca tağla bəzənmişdir. Güman etmək olar ki, tağlar yarımdairəvi olmuşlar. Binanın daxilində yan otağın tağının çatmalı cizgiləri aydın surətdə izlənməkdədir.

Qala

Məbəd kompleksini əhatə edən qala uzunluğu 2 m-ə qədər olan daşlarla hörülmüş iki divarla əhatələnmişdir. Daxili qala divarları daha möhkəm və hündür düzəldilmişdir. İki divar arası məsafə 20 m-ə çatır. Bu isə qalanın mühafizəsini daha da gücləndirir. Hər 10 m-dən qala divari boyu hündürlüyü 9 m-ə qədər olan yarımdairəvi bürclər qurulmuşdur. Dövrümüzə həmin bürclərdən yeddisi çatmışdır. Bürclər bir-birinə yeraltı yollarla birləşdirilmişdir.Qalanın içərisində ikimərtəbəli binanın qalıqları vardır. Bu bina ölçüləri 22x22x4 sm olan bişmiş kərpicdən tikilmişdir. Onun hündürlüyü 12, eni 18, uzunluğu isə 42 m-dir. Suvaqlanmış divarlar naxışla bəzədilmişdir. Qalanın sahəsində bir neçə təsərrüfat quyusu və dağılmış bina qalıqları aydın görünür. Qapılarının başında alban xaçı var; sütunlarında nəbati və balıq şəkillərdən bəzək elementləri görünür. Suriya üslubunda V-VIII əsrlərdə inşa edilib. Həyətində yazılı qəbir daşları olub. Bu daşlardan birinin üstündə qarqarca yazılıbmış: “Yurdumuzu tərk etmədik, qriqorianlara əyilmədik, qırıldıq…”. Hal-hazırda məbəd erməni işğalı altındadır

Yuxarı Əskipara kəndində Qatır körpüsü

Bu körpü Əskipara çayının üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında tikilmişdir. Körpünün uzunluğu 7,3 m, mərkəzi hissəsinin eni 2,7 m ümumu hündürlüyü isə tağ yerindən su səthinə qədər 5,8 m təşkil edir. Körpü bir tağlı olaraq qaya daşlarından inşa olunmuşdur. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Onun keçid hissəsinin üst örtüyü torpaqdandır.

Hal-hazırda abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.

Yuxarı Əskipara kəndində Kazım körpüsü

Bu körpü Əskipara çayının qolu üzərindən Yuxarı Əskipara kəndi yaxınlığında qurulmuşdur. Onun uzunluğu 3,4 m, mərkəzi hissəsinin eni 5,8 m ümumu hündürlüyü isə 5 m təşkil edir. Körpü bir aşırımlıdır. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Körpünün özülünü qayadan çapılmış daşlar təşkil etdiyi halda üst hissəsi kərpicdən hörülmüşdür. Onun keçid hissəsinin üst örtüyü torpaqdır.

Hal-hazırda abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.

Qalakənd Qalası” məbəd kompleksi

    Bu məbəd kompleksi Yuxarı Əskipara kəndində, Coğaz    çayının sağ sahilində yerləşir. Bəzi fərziyyələrə əsasən bura Qafqaz Albaniyası hökmdarlarının iqamətgahlarından biri olmuşdur. Kompleks təxminən 2,5 ha ərazidə yerləşərək ikiqat divarla əhatə olunmuşdur. Divarlar arasında məsafə təxminən 12 m-ə yaxındır. Divarlar yerin relyefi ilə uzlaşdırılaraq strateji baxımdan çox mükəmməl bir tərzdə həll olunmuşdur. Qalanın daxili hissəsində dini, xidməti və təsərrüfat təyinatlı tikililər ucaldılmışdır. Bunların içində ən önəmlisi qalanın yuxarı hissəsində yerləşən məbəddir. Məbədin tikintisində 21 x 21 x 57 sm ölçülü bişmiş kərpicdən və yerli daşdan istifadə olunmuşdur. 1970-ci illərdə bu kompleksdə tədqiqat işləri aparılan zaman artıq məbəd və kompleksin bir çox hissəsi itirilmişdir. Alimlərin qənaətinə görə kompleksin ucaldılma tarixi VI-IX əsrlərə təsadüf olunur.

Hal-hazırda abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.

Xalxal şəhəri.

        Yuxarı Əskipara kəndində  aparılan tədqiqatlar, qazıntılar, tapılan mədəniyyət nümunələri, Əskipara memarlıq kompleksi, qədim qalalar, ehramlar, yeraltı yollar və yeraltı su kəmərləri və s. burada Xalxal şəhərinin olduğundan xəbər verir. Alban çarlığının iqamətgahı və Albaniyanın paytaxtı olmuşdur. Xalxal şəhəri Əskipara kəndindən Daş Salahlının Avey dağına qədər olan ərazisində, Coğaz çayının  vadisində yerləşirmiş. Şəhərin yaranma tarixi V əsrə müəyyən edilib. Dövrünün ən inkişaf etmiş şəhəri olmuşdur. Qədim sərt qayalar üzərində imşa edilmiş qalalara yeraltı yol keçirmiş. Həmin yolüstü inşa edilmiş gözətçi məntəqələri bir daha şəhərin o vaxtkı mədəniyyətindən söz açır. Bu gözətçi məntəqələrinin qalıqları və digər arxeoloji qalıqlar hələ də qalmaqdadır.

Hamam qalıqları.

      Yuxarı Əskiparada torpaqdan müalicəvi su hesab olunan isti su çıxırmış. Həmin ərazilərdə təxminən 3 hamam olubdur. Onlardan 2-si tamamilə uçub. Birinin yarı hissəsi qalıb. Uzunluğu 10 m., eni 5m., iki otaqdan ibarət olub. Biri ümumi hamam, o biri hissədə hörükdən 10-a qədər su yığmaq üçün yerlər olub.  Burada balaca su hovuzu da olub. Hovuza pulləkənlərlə aşağı düşülür. Saxsı borular vasitəsi ilə gələn su hovuza tökülür və buradan istifadə edilirmiş.

Cogaz çayının sahilində 7 su dəyirmanın qalıqları indi də durmaqdadır. Orada şəhər olan vaxt ərzində meşə olmayıb. Şəhər dağılıb xaraba qaldıqdan sonra meşə əmələ gəlibdir.

Bu körpü Əskipara çayının qolu üzərindən Yuxarı Əskipara kəndi yaxınlığında qurulmuşdur. Onun uzunluğu 3,4 m, mərkəzi hissəsinin eni 5,8 m ümumu hündürlüyü isə 5 m təşkil edir. Körpü bir aşırımlıdır. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Körpünün özülünü qayadan çapılmış daşlar təşkil etdiyi halda üst hissəsi kərpicdən hörülmüşdür. Onun keçid hissəsinin üst örtüyü torpaqdır.

Hal-hazırda abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.

Yuxarı Əskipara kəndində Qüllə.

mühəndislik baxımından tikili bölgəyə məxsus inşaat üslubunda ucalmışdır. Buna oxşar, eyni üslubda tikilmiş gözətçi bürcü Ağstafa rayonunun ərazisində, Azərbaycanın Gürcüstan ilə dövlət sərhədində yerləşir. Bu qala Azərbaycanın orta əsr müdafiə tikililərinin nadir və önəmli örnəyidir.

Hal-hazırda abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.

Qazax rayonu Azərbaycanın digər bölgələri kimi qala tipli müdafiə qurğuları ilə zəngindir.Bunların demək olar ki hamısı digər şəhər qalaları (Xunan,Gəncə,Girdman,Kəndman oğlu və s.)qorumaq üçün inşa edilmiş gözətçi məntəqələridir. Onlar dağ və təpələrin yüksəkliklərində yerli daşlardan inşa edilib və əksəriyyəti yaşayış üçün yararsız olub.                 .

ƏSKİPARA ABİDƏLƏRİ
Spread the love