“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

QORUĞUN ƏSASNAMƏSİ

«TƏSDİQ EDİRƏM»:

 Azərbaycan Respublikasının

          Mədəniyyət və Turizm Naziri

                _______________Əbülfəs Qarayev

 «_14_»   «__04________»   2009-cu il

 

“Avey” Dövlət tarix-mədəniyyət qoruğunun

Ə S A S N A M Ə S İ

I.  Ümumi müddəalar.

1.1. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu (bundan sonra- Qoruq) Azərbaycan SSR Nazirlər Sovetinin 22 fevral 1989-cu il tarixli 99 № li Qərarı ilə yaradılmış və Azərbaycan Respublikası Mədəniyyət və  Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Qoruq – mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyəti olan tarix, mədəniyyət, memarlıq, arxeoloji, epiqrafik, antroploji abidələrin, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan xatirə yerlərinin və onların əşyalarının yerləşdiyi dövlət tərəfindən mühafizə edilən ərazidir.

1.2. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası “Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında”, “Mədəniyyət haqqında” qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmrlərini, kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Qoruq dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına,  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara malikdir. Qoruğun öz emblemi ola bilər.

1.4. Qoruq fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təqdim edir.

1.5. Qoruq abidələrin, təbiət və landşaftın təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzun ömürlülüyünü təmin etmək məqsədilə mütəxəsislərin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qoruğun mühafizə zonası yaradılır.

1.6. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.

II . Qoruğun vəzifələri və fəaliyyət istiqamətləri

2.1.   Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir;

2.1.1.  Qoruq ərazisində dövlət nəzarətini həyata keçirir;

2.1.2. Qoruq sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil və Qoruğun inkişafını təmin edir;

2.1.3. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planları hazırlayır, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırır  və həyata keçirir;

2.1.4. Qoruğun ərazisi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi tədqiqat, təlim- tərbiyə, turizm və istirahət ( rekreasiya) məqsədləri üçün istifadə edilə bilər;

2.1.5. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini hazırlayır. Layihələr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edildikdən sonra qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir;

2.1.6.   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı əsasında qoruq sərhədləri daxilində abidələrin və tikililərin bərpa və təmirini planlaşdırır və təşkil edir, bu işlərin həyata keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq qaydada işlər görür;

2.1.7.  Qoruq ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində qoruğun pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə onların siyahıya və dövlət qeydiyyatına alınması üçün tədbirlər görür;

2.1.8.  Qoruğun elmi fondu müddətsiz saxlanılır;

2.1.9.  Qoruq ərazisində turizmin inkişaf etdirilməsini, turist marşurutlarını müəyyən etməsini təşkil edir və bununla bağlı infrastrukturunun yaradılmasını təşkil edir;

2.1.10.   Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür;

2.1.11.  abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr təşkil edir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi kütləvi ədəbiyyatın nəşri üçün müvafiq tədbirlər görür;

2.1.12.  Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq arxeoloji qazıntı işlərinin aparılmasını müvafiq qaydada təşkil edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir. Qoruq ərazisində arxeoloji abidələrin qazıntısına və aşkar edilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının icazəsi olduqdan və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində qeydə alındıqdan sonra yol verilir. Arxeoloji qazıntı zamanı qoruq ərazisində aşkar olunan tarix və mədəniyyət abidələri qoruğun fonduna təhvil verilir;

2.1.13. Qoruğun ərazisində baş verə bilən fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür;

2.1.14.  elmi tədqiqatların aparılması metodları Qoruğun rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq, hazırlanmış elmi təkliflər tətbiq edilə bilər;

2.1.15.   Qoruq gəlirindən mövcud qanunvericilik əsasında büdcəyə vergilər ödəyir;

2.1.16.  fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilik nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

                 111. Qoruğun xüsusi mühafizə rejiminin xüsusiyyətləri

                   və ərazisində yerləşən abidələrdən istifadə qaydaları

3.1. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələrindən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada istifadə oluna bilər.

3.2. Qoruğun ərazisində yerləşən elmi, tarixi, mədəniyyət əhəmiyyəti olan abidələr və təbii landşaft dövlət tərəfindən qorunur, onların bədii, estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır.

3.3. Qoruğun ərazisində yerləşən abidələrdən və torpaqlardan istifadə edən hüquqi və fiziki şəxslərlə abidələrin və istifadə etdiyi ərazinin qorunması üçün müəyyən olunmuş qaydada mühafizə müqavilələri bağlanılır.

3.4. Qoruq ərazisindəki rekreasiysa zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyyat hərəkətini müvafiq qaydada təşkil edir, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün qanunvericiliyə uyğun qaydada tədbirlər görür.

3.5. Qoruğun ərazisində aşağıdakılar qadağandır:

3.5.1. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihəsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş bərpa və təmir işləri istisna olmaqla, hər hansı tikinti işlərinin aparılması;

3.5.2. tarix-mədəniyyət abidələrinə və təbii landşafta təhlükə yaradan hər bir fəaliyyət;

3.5.3. Geoloji kəşfiyyat və faydalı qazıntı  işlərinin aparılması

3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və sair müəssisələrin fəaliyyəti;

3.5.5.  müəyyən edilmiş  yerlərdən kənar nəqliyyat vasitələrinin  hərəkəti və dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması;

3.6. Qoruq ərazisində tarix, mədəniyyət, elmi, estetik, rekreasiya  dəyərini aşağı sala bilən fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.

                                               IV. Qoruğun maliyyələşdirilməsi        

4.1. Qoruğun maliyyələşdirilmə mənbələri aşağıdakılardır:

4.1.1. dövlət büdcəsindən ayrılan vəsait;

4.1.2.  əhaliyə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericilikdə qadağan olmayan digər fəaliyyət növlərindən alınan gəlirlər;

4.1.3.  dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən alınan gəlirlər;

4.1.4.  hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə vəsaitləri və ianələr;

4.1.5.   qanunvericilik aktları ilə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər.

                                    V. Qoruğun hüquq və məqsədləri

5.1. Qoruğun əsas hüquq və məqsədləri: 5.1.1.  ərazisində yerləşən tarix-mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlayır;                                                                                                                                                   mm

5.1.1.  ərazisində yerləşən tarix-mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlayır;

5.1.2.  Qoruğun ərazisində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı olmadan  görülən hər hansı abadlıq, bərpa, rekonustruksiya, regenerasiya  və təmir-tikinti işlərinin aparılmasına qadağa qoyur;

5.1.3.  Qoruq ərazisində dövlət (bələdiyyə) mülkiyyətində olan abidələrin istifadəsinin, o cümlədən icarəyə verilməsinin mövcud qanunvericiliyə uyğunlaşdırılmasını təmin edir;

5.1.4. Qoruğun muhafizə zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsi müvafiq qanunvericiliyə əsasən Azərbyacan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə həyata keçirilir;

5.1.5   mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər verir;

5.1.6.  müstəqil ekspertəri və mütəxəsisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir;

5.1.7.    Qoruq ərazisində mədəni-kütləvi tədbirlərin  keçirilməsində, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasında, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak edir, müxtəlif növ pullu xidmətlər göstərməklə qanunvericiliyə zidd olmayan gəlir əldə edir;

5.2.  Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədilə Elmi Şura yarada bilər. Şuranın tərkibi Qoruğun təklifi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilir.

                               VI. Qoruğun fəaliyyətinin təşkili.

6.1.  Qoruğun fəaliyyətinə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən vəzifəyə təyin və azad olunan direktor rəhbərlik edir.                                                            H 6.2. Qoruğun direktoru qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.                                                                         M6.3. Qoruğun baş fond mühafizi, direktor müavinləri və baş mühasibi direktorun təqdimatı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təyin və azad edilir. Qoruğun digər işçiləri direktor tərəfindən vəzifələrə təyin və azad olunurlar.

6.4. Direktor:

6.4.1. Qoruğu bütün idarə, təşkilat və müəssələrdə etibarnaməsiz təmsil edir;

6.4.2. Qoruğun işçilər arasında vəzifə bölgüsünü aparır, onları mükafatlandırır, intizam məsuliyyətinə cəlb edir, əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;                                                                                                                          mm

6.4.3. öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;

6.4.4  Qoruğun illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir, elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə və qoruq ərazisində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən tətbiq olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür;                                                                                                                     v

6.4.5. müəyyən olunmuş qaydada ştat cədvəlinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təkliflər verir.

6.5. Qoruq mühafizəçilərinin vəzifələri aşağıdakılardır:

6.5.1.  inventar kitabına əsasən ona tapşırılmış tarix və mədəniyyət abidələrinin mühafizəsinə cavabdehdir;

6.5.2.  Qoruq abidələrinin toxunulmazlığının təmin edilməsi üçün müxtəlif təsvirlər və yazıların aparılmasına, razılıq olmadan qoruğun sərhədləri daxilində abidələrdən istifadə olunmasına, ərazisində od qalanmasına, müxtəlif məclislərin keçirilməsinə yol verməməli, üzərində tarixi yazılar, ornament, relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirməli, abidədə olan dəyişikliklər, dağıntı və söküntülər, habelə ondan qanunsuz istifadə olunması barədə rəhbərliyə və müvafiq orqanlara xəbər verməli, abidənin mühafizəsi zonasında müxtəlif tikinti, torpaq və kənd təssərrüfatı, icasəsiz arxeoloji qazıntı işlərinin aparılmasına, ərazidə yeraltı, yerüstü partlayış işlərinə, abidələrin özbaşına ölçülməsinə, onlarda olan bədii təsvirlərin surətlərinin çıxarılmasına icazə verməməlidir.

6.6.  Qoruq mühafizəçiləri Respublikanın rayon və şəhərlərində abidələrin mühafizəsinə və istifadəsinə dair keçirilən bütün seminar və yığıncaqlarda iştirak edə, mədəniyyət işçilərinin təkmilləşdirmə kurslarında təhsil və təcrübə mübadiləsi keçə bilərlər.

6.7. Qoruğun strukturu və işçilərin say həddi müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilir.

                          VII. Qoruğun fəaliyyətinin dayandırılması və ləğvi.

Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla və yenidən təşkil edilə bilər.

QORUĞUN ƏSASNAMƏSİ
Spread the love