“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyalarda məktəblilərə qoruğumuz haqqında məlumatlar verildi.

Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyalarda məktəblilərə qoruğumuz haqqında məlumatlar verildi.

Ölkə başçısı cənab İlham Əliyevin tövsiyyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
15 noyabr 2019-cu il tarixində bu tur aksiyada iştirak edən Qazax rayonunun məktəbliləri rayonun bir sıra yerləri ilə yanaşı qoruğmuzun “Göyəzən” və “Damcılı” filiallarında da ekskursiyada oldular.Abbasbəyli kəndi ərazisində yerləşən Göyəzən dağı və üzərindəki qala bürcləri haqqında məktəblilərə məlumat verilmişdir.
Daş Salahlı kəndindəki Damcılı mağarası ilə tanışlıq da məktəblilərdə zəngin təəssüratlar yaratdı. Qonaqlara abidələrimiz haqqında geniş məlumatlar verilmiş və sonda çay süfrəsi təşkil edilmişdir.

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyalarda məktəblilərə qoruğumuz haqqında məlumatlar verildi.
Spread the love