“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

18 aprel Beynəlxalq Abidələr günü ilə bağlı tədbir

18 aprel “Beynəlxalq abidələr və Tarixi yerlər” günü münasibəti ilə qoruğun “Damcılı” və “Göyəzən” filialında Açıq qapı günü təşkil olundu. Bu gün münasibəti ilə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin şagirdləri və müəllim heyəti üçün qoruğun “Damcılı” filialına ekskursiya təşkil edildi, şagirdlər xüsusi geyimlərlə və bayraqlarla abidəyə yürüş etdilər. Burada onlara bu gün və abidələrimiz haqqında qoruğun elmi işçi və ekskursiyaçıları tərəfindən məlumat verildi. Sonda tədbir aşıq musiqisi və çay süfrəsi ilə yekunlaşdı

18 aprel Beynəlxalq Abidələr günü ilə bağlı tədbir