“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

DAMCILI MAĞARASINDA  ARXEOLOJİ TƏDQİQATLAR, QAZAX, QƏRBİ AZƏRBAYCAN   2017-ci il MÖVSÜMÜ ÜZRƏ (15 İYUL-5 AVQUST 2017-ci il) ÇÖL TƏDQİQATLARININ HESABATI

 

DAMCILI MAĞARASINDA 

ARXEOLOJİ TƏDQİQATLAR,

QAZAX, QƏRBİ AZƏRBAYCAN

 

2017-ci il MÖVSÜMÜ ÜZRƏ (15 İYUL-5 AVQUST 2017-ci il) ÇÖL TƏDQİQATLARININ HESABATI

 Yoşihiro Nişiaki

 

 

Azərbaycanda Yaponiya Arxeologiya Missiyası, Tokio  Universiteti, Universitet Muzeyi, Tokio 2017-ci il

ÖN SÖZ

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu və Yaponiyanın Tokio Universitetinin Universitet Muzeyinin həyata keçirdiyi Azərbaycan-Yaponiya müştərək çol tədqiqatları layihəsinin onuncu mövsümü 2017-ci ilin yayında uğurla başa çatmışdır.Əməkdaşlıq layihəsi 2008-ci ildə başlamış və iki mühüm Neolit məskənlərində – Hacı Elamxanlıtəpə və Tovuz rayonunun Göytəpə ərazisində qazıntılar yolu ilə Qafqazın cənubunda Neolit mədəniyyətlərinin mənşəyi və inkişafının tədqiqinə böyük töhfə vermişdir.Layihənin ilk səkkiz ilində əldə olunan olduqca uğurlu nəticələr, 2016-cı ildə, Cənubi Qafqazda Neolit həyat tərzinə xas ovçuluq-yığıcılığa sosial-iqtisadi zəmin yaradan, Mezolit və Paleolit dövrlərinə xüsusi diqqət yetirəcək ikinci mərhələyə başlamağa əsas vermisdir. Beləliklə, biz tədqiqat sahələrimizi Tovuzdan Qazaxa keçirtdik.Sonuncu Azərbaycanın Mezolit və Paleolit yerlərindən bəhs edən ədəbiyyata malik nadir bölgələrindən biridir.

Seçilmiş sahə – Aveydağlarında, Daş Salahlı yaxınlığında yerləşən Damcılı mağarasıdır. 2016-cı ildə ilkin məsafədən tədqiqatlardan sonra, biz 15 iyul-5 avqust 2017-ci il tarixlərində çol tədqiqatlarını həyata keçirtdik. İlkin nəticələri təqdim etməzdən öncə, mən bütün müəssisələrə və ayrı-ayrı şəxslərə məhsuldar tədqiqatların gerçəkləşməsində göstərdikləri səylərə və əməkdaşlığa görə təşəkkürümü bildirmək istərdim. Birincisi, çöl işləri doktor Səadət Əliyevanın rəhbərlik etdiyi Mədəniyyət və Turizm Nazirliyinin “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə, doktor Maisə Rəhimovanın təmsil etdiyi Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu ilə professor Gen Suvanın rəhbərlik etdiyi Yaponiyanın Tokio Universitetinin Universitet Muzeyi arasında qarşılıqlı anlaşma çərçivəsində həyata keçirilirdi. Biz çöl tədqiqatlarımızın gerçəkləşməsini mümkün etmiş bu müəssisələrə səmimi minnətdarlığımızı bildiririk.

Azərbaycan tərəfindən aşağıdakı tərkibdə tədqiqat qrupu da bizə dəyərli elmi biliklər verməklə yanaşı, lazım gəldikdə, təcrübi dəstəkdə göstərmişdir:

Direktor: doktor Azad Zeynalov, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan

Doktor Mənsur Mənsurov, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan

Doktor Musa Mursaqulov, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Azərbaycan cənab ŞahinSəlimbəyov, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan

 

Cari mövsümün yapon missiyası aşağıdakı üzvlərdən ibarətdir:

Direktor: professor Yoşihiro Nişiaki (Tarixdən əvvəlki dövr), Tokio Universiteti, Yaponiya

Yaponiyadan olan üzvlər: DoktorSeiji Kadovaki (Tarixdən əvvəlki dövr),NaqoyaUniversiteti, Yaponiya

Doktor Hiroto Nakata (Tarixdən əvvəlki dövr), Aoyama-Qakuin Universiteti, Yaponiya

DoktorToru Tamura (OSL tədqiqat), Qabaqcıl Sənaye Elm və Texnologiya Milli İnstitutu, Yaponiya

Cənab Kazuya Şimoqama (Arxeologiya), Qədim Şərq Muzeyi, Yaponiya

Xanım Çie Akaşi (Arxeobotanika), Tokio Universiteti, Yaponiya

xanım Fumika Ikeyama (Tarixdən əvvəlki dövr), Tokio Universiteti, Yaponiya

cənab Saiji Arai (Zooarxeologiya), Perspektiv Tədqiqatlar üzrə AliUniversitet, Yaponiya           cənab Masato Hirose (Zooarxeologiya), Naqoya Universiteti, Yaponiya

 

2017-ci ildə çöl işlərinə Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi maliyyə dəstəyi (№ 1802) göstərmişdir.Biz bu təşkilatlara və ayrı-ayrı şəxslərə çox minnətdarıq.

 

 

Yoşihiro Nişiaki

Tokio Universitetinin Universitet Muzeyi,Yaponiya

Sentyabr, 2017-ci il

 

Üz qabığındakı şəkil: 2017-ci il mövsümündə qazıntı sahəsinin üstdən görünüşü.

 

 

Tədqiqat qrupu və əməkdaşlar 1-ci Damcılı mağarasında, iyul 2017-ci il.

 

1.     GİRİŞ

 

Bizim Cənubi Qafqazda Neolit mədəniyyətlərinin mənşəyi və inkişafı haqqında biliklərimiz son onilliklərdə Azərbaycan, Gürcüstan və Ermənistanda beynəlxalq komandaların müxtəlif sahələr üzrə apardıqları intensiv çöl kampaniyaları sayəsində sürətlə artmışdır.Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Yaponiyanın Tokio Universitetinin Universitet Muzeyi tərəfindən təşkil edilmiş Azərbaycan-Yaponiya Müştərək Arxeoloji Missiyasıhəmçinin bu tədqiqata əhəmiyyətli töhfə vermişdir (Nişiaki və başqaları. 2015-ci il, a-c). Onun ən mühüm töhfəsi Orta Kürdə ən erkən kənd təsərrüfatı cəmiyyətlərinin identifikasiyası və onların b.e.ə. 6-cı minilliyin əvvəlində inkişafından ibarətdir.Orta Kür üzrə sahələrdə, xüsusən Hacı Elamxanlıtəpədə və Göytəpədə radiokarbon tədqiqatlar nəticəsində əldə edilən məlumatların qonşu ölkələrdə olan yaşayış məskənlərindən əldə edilən məlumatlarla eyniləşdirilməsi zamanı təhlil Kiçik Qafqazın cənub və şimal dağətəyi ərazilərində Neolit içmalarının, demək olar ki, eyni vaxtda – b.e.ə. təxminən 6000-ci ildə yarandığını göstərdi, bu isə çox güman ki, Yaxın Şərqdə Məhsuldar Aypara Neolit mədəniyyətlərinin genişlənmə prosesinin bir hissəsi idi.

Cənubi Qafqazda Neolit araşdırmalarında bu uğurlu irəliləyişə baxmayaraq, Neolit icmalarına daxil olanlarla yerli Mezolit ovçuluq-yığıcılıq icmaları arasında əlaqə ehtimalı hələ də tam aydın deyil. Bu bilavasitə Neolitdən öncəki dövrə (yəni b.e.ə. 7-ci minillik) aid etibarlı qazıntı sahələrinin olmaması ilə bağlıdır. Hərçənd regionda Mezolit və “saxsıya qədər Neolit” kimi onlarla arxeoloji ərazi qeydiyyata alınsa da, onlardan bir çoxu etibarlı radiokarbon məlumatlarına malik olmadıqlarından, xronoloji məzmun daşımırlar (məsələn, Anaseuli və Xusubani, Gürcüstan; Meşveliani 2013), digərləri isə daha erkən dövrlərə, b.e.ə. 8-ci minilliyə aid edilirlər (məsələn, Kmlo, Ermənistan və Kotias-Klde, Gürcüstan; Meşveliani 2007; Varoutsikos 2015).Deməli, cənubi Qafqazda Neolit və Mezolit icmaları arasında keçid və ya yerdəyişmə proseslərini aydınlaşdırmaq üçün “çatışmayan həlqə” olan, b.e.ə. 7-ci minilliyə aid arxeoloji qazıntı sahələrini hələ qeydə almaq lazım gələcək (Çataiqner və başqaları,2014).

Qərbi Azərbaycanda yerləşən Damcılı mağarası bu məlumat boşluğunu doldurmaq üçün böyük potensiala malikdir. Hərçənd 1950-ci illərdə onun geniş qazıntılarının nəticələri nadir hallarda çap olunsa da, arxeoloq Mezolit dövrünə, eləcə də Paleolit və Neolit dövrlərinə aid artefaktların “qismən dağılmış təbəqələrdən çıxarıldığını” yazırdı(Hüseynov 2010: 212). Bu mağarada Mezolit artefaktlarının olması ehtimalı, həmçinin 2015-ci ildə Bakıda Milli Elmlər Akademiyasında saxlanılan qazıntı materialları tərəfimizdən öyrənilərkən təklif olunmuşdu. Orta Kür vadisində heç bir başqa Mezolit sahəsi tapılmadığından, bu mağaranın tədqiqatlarımız üçün böyük potensiala malik olması aşkar idi. Beləliklə, Azərbaycan-Yaponiya birgə missiyası 2016-cı ilin yayında məsafəli ölçmələr silsiləsi həyata keçirdi, bu isə həqiqətən də bizim ən azı iki sınaq qazıntı quyumuzda Mezolit mədəni təbəqələri haqqında ehtimallar etməyə imkan verdi. Bundan başqa, b.e.ə. 7-ci minilliyə işarə edən radiokarbon məlumatları əldə olunmuşdur. Beləliklə, 2016-cı ildə məsafəli ölçmələrin nəticələrini yoxlamaq məqsədilə daha çox material əldə etmək üçün qazıntıların ikinci mövsümü 2017-ci ilin yayında keçirildi.

 

2.     DAMCILI MAĞARASINDA QAZINTILAR,2017-ci İL

 

Damcılı mağarası Avey dağının şərq dağətəyi ərazisində, Daş Salahlı kəndindən təxminən 3 km qərbdə və Qazaxdan təxminən20 km şimal-qərbdə yerləşir (Şəkil 1).Bu, özlüyündə Kür çayının sağ sahilinə doğru uzanan Salahlı çayının qolunda, Damcılı vadisinin baş tərəfində yerləşən nəhəng qaya sığınacağıdır.Mağaranın divarlarından süzülən bulaq suyu bir neçə yerdə suverən yeraltı horizontlardan gəlir, onlar isə, öz növbəsində, o qədər də böyük olmayan, zəngin bitki aləminə malik vadinin su mənbəyini təşkil edir.Cənuba yönəlmiş mağaranın sahəsi 70 m-dir, örtülü hissəsinin eni isə 7 m-ə yaxındır (Şəkil2, 3). Şimal-şərqə doğru yerləşən daha bir mağara – Damcılı 2 mağarası kimi, yuxarıda göstərilmiş məqsədlər üçün qeydə alınıb.O da həmçinin böyükdür, uzunluğu təxminən 40 m, daha alçaqtavana malik örtülü sahənin eni 5 m, hündürlüyü isə 3 m-dir (Şəkil 2).

 

Şəkil1. Damcılı vadisinin baş hissəsində yerləşən istirahət parkının ümumi görünüşü. Mağaralar yaşıllıqlar arasında gizlənib.

 

1950-ci illərdə hər iki mağarada qazıntılar aparılsa da, zəngin arxeoloji materiallar yalnız Damcılı 1 mağarasında tapılmışdır.Damcılı 2 mağarası demək olar ki, sterildir, lakin bəzi orta əsrlər dövrünə aid peşəkar izlərlə tapılmışdı. Bizim 2016-cı il mövsümündə məsafədən ölçmələrimiz bu qanunauyğunluğu təsdiq etdi.

Arxeologiya və Etnoqrafiya İnstitutunun arxivlərində saxlanılan çap olunmamış məlumatlara görə, Hüseynovun qazıntıları Damcılı 1 mağarasında iki quyuda aparılmışdır (Şəkil 4). Onlardan böyüyü 10 m x 8,5 m-ə ölçüsündə, ən bolsulu su mənbəyinin yerləşdiyi, ən dərin quyunun ağzında qazılmışdır. Təxminən 20 m şimal-şərqdə, 5 m x 7 m-ə ölçüsündə kiçik quyu açılmışdır. Bulaq həmçinin sonuncu quyunun yanında yerləşir. Orijinal topoqrafik xəritə bu quyuların mağara divarı ilə vadinin baş hissəsi arasında ensiz sahədə yerləşdiyini göstərsə də, bu gün həmin ərazi genişmiqyaslı tikinti işləri nəticəsində səthi düz olan düzənlikdir: ilkin qazıntı quyularını əhatə edən sahə istirahət parkına çevrilmiş, demək olar ki, tamamilə beton və asfaltla örtülmüşdür. Uyğun olaraq, 2016-cı ildə bizim təkrar qazıntılarımız açıq zonada, əvvəlki qazıntı yerlərindən uzaqda olmuşdur (Şəkil 4). Cəmi dörd quyu açılmış (şəkil 4), əldə olunan nəticələr, Neolit və daha erkən yataqların, çox güman ki, Mezolit də daxil olmaqla, stratifikasiyası 7-ci (1m x 2 m) və 9-cu (2 m x 2 m) Quyular sahəsində saxlanıldığını göstərir. Ona görə də mağaranın bu hissəsində qazma sahəsinin genişləndirilməsi 2017-ci il tədqiqat mövsümünün əsas məqsədi kimi müəyyən edilmişdi. 7-ci Quyu mağara divarı ilə kababxananın arasında ensiz zolaqda yerləşdiyindən, 9-cu Quyu 3m x 3m sahəyə qədər böyüdülmüşdür (Şəkil 5).

Qazıntılar 1m x 1m tor sistemi boyu aparılırdı: kvadratlar şərq-qərb oxu boyu əlifbadan və şimal-cənub oxu boyu rum rəqəmlərindən istifadə etməklə müəyyənləşdirilmişdi. Deməli, 2016-cı il mövsümündə açılmış dörd kvadrat (B1, B2, C1 və C2) daxil olmaqla, doqquz kvadrat qazılmışdır (Şəkil 6). Lakin təhlükəsizlik nöqteyi-nəzərindən, əksər sahələrin qazıntısı yer səthindən 3 m dərinliyə qədər aparılmışdır, daha dərin qazıntılar yalnız B1 və B2 kvadratlarında aparılmışdır, burada dərinlik təxminən 4,4 m nöqtəsinə çatmışdır. Lakin ana süxur aşkar edilməmişdir.

 

Şəkil 2 Cari tədqiqatlar üçün müəyyən edilmiş Damcılı 1 və Damcılı 2 əraziləri.

 

Şəkil 3 Damcılı 1 mağarasının ümumi görünüşü.

 

Şəkil 4 Damcılı 1 mağarasında qazıntı quyularının yerini göstərən kontur xəritəsi

 

Şəkil 5 2017-ci ildə genişləndirilənə qədər 2016-cı ildə açılmış qazıntı sahələri (7 və 9-cuQuyu).

 

Şəkil 6 Tor sisteminin ümumi görünüşünü göstərən 2017-ci ilin qazıntı quyuları.

 

 

3.     DAMCILI MAĞARASININ MƏDƏNİ STRATİQRAFİYASI

 

Stratiqrafiyanı aşağıdakı kimi ən azı altı mədəni vahidə bölmək olar (Şəkil 7).

 

Şəkil 7.2017-ci il qazıntı quyusunun cənub divarının stratiqrafiyası.

 

Vahid1: Ən üst qatlar təxminən 1,5 m qalınlığa malik, tərkibində çoxlu sayda əhəngdaşı olan açıq qonur-boz çöküntülərdir, onlar ən son vahidi təşkil edirlər, orta əsrlər dövrünə aid hesab olunurlar. Bu stratiqrafik vahiddə bir neçə dəfn yeri qeydə alınmışdır, onlardan bəziləri çox dərin idi.Dəfn quyularının 2016-cı ildə qərbdə yerləşən digər sınaq quyularında (8 və 10-cu Quyular) bərpa edildiyini nəzərə alaraq, Damcılı 1 mağarasının şərq hissəsi həmin dövrdə peşəkar yer deyil, qəbiristanlıq kimi istifadə edilə bilərdi. Qeyd etmək lazımdır ki, bizim Damcılı 2 mağarasında məsafədən ölçmələrimiz belə dəfn quyuları aşkar etməmişdir, lakin orta əsrlərdə canlı fəallığa şahidlik edən divar sobaları və saxlama quyuları kimi izlər var idi.

Vahid2: Altdakı qat daha münbit və yekcinsdir, qalınlığı 40 sm-ə qədərdir, tərkibində çoxlu miqdarda tünd boz kül var. Həmçinin divar sobaları da qeydə alınmışdır. Əlaqələndirici artefaktlar kimi Tunc dövrünə aid saxsı qırıntılarını göstərmək olar.

Vahid3: 30-50 sm qalınlığa malik növbəti qat özlüyündə tərkibində az miqdarda əhəngdaşı olan sıx boz-qonur dib çöküntülərindən ibarətdir. Ocaq və daş qurğuların açıq əlamətləri müəyyən edilməsə də, 2016-cı ildə uyğun qatda aparılmış radiokarbon ölçmələrlə müqayisə b.e.ə. 5-ci minilliyin Eneolit təzahürlərini göstərir. Müşayiətedici saxsı da bu tarixi dəstəkləyir.

Vahid4: Neolitlə bağlı sübutlar onun altında, nisbətən qalın, 1-1,2m qalınlıqlı stratiqrafik vahiddə aşkar edildi. O qırmızımtıl-qəhvəyi torpaqdan və tünd boz kül laylarından ibarətdir. Həmçinin, daha çox aşağı hissədə, yandırılmış torpaqlı divar sobaları aşkar edilmişdi. 2016-cı il mövsümündə olduğu kimi, Neolit qatında çox nadir hallarda saxsıya rast gəlinirdi. Tapılanlar Göytəpədə (Şəkil 8) müəyyən edilmiş saxsının üslubi xüsusiyyətlərini təkrarlayır, burada bişmiş saxsı üstünlük təşkil edirdi. Mineral əsaslı, bişmiş saxsı və Hacı Elamxanlıtəpədə sənədləşdirilmiş oxşar gətirilmə rəngli saxsı Keramika Neolitinin ən erkən şəraitlərində belə mövcud deyildi. Beləliklə, bu vahid b.e.ə. 6-cı minilliyin əvvəlinə aid edilə bilər. Nisbətən enli tiyələrin və qırıqların hazırlanmasında dəvəgözündən adi istifadə həmçinin eyni xronoloji dövrə işarə edir (Şəkil 9).

Vahid 5: Növbəti vahid yer səthindən 3,2-3,5 m aşağı hündürlükdə yerləşir, iki ayrı-ayrı dib çöküntüsü layından ibarətdir: qırmızımtıl-qəhvəyi, iri dənəvərli torpaq layının tərkibində çoxsaylı əhəngdaşı var və qaramtıl-boz kül layı (Şəkil 7).İri və xırda tərkibində əhəngdaşı olan çaydaşılarının paylanması həmçinin hissə-hissə qeydə alınmışdır, hərçənd onların hər hansı tikilinin tərkib hissəsi olması məlum deyil (Şəkil 10). Bu vahid tam saxsısızdır, bərpa olunmuş litolojiartefaktların tərkibində isə mikrolövhəciklər və bir qədər həndəsi formalı (şəkil 11) mikrolit elementlər var idi. Analoji artefaktları,Hacı Elamxanlıtəpə kimi, ən erkən Neolit kompolekslərində tapmaq mümkün olduğundan, onların xronoloji mövqeyini radiokarbon məlumatlar kifayət qədər əlçatan olan zaman müəyyənləşdirmək mümkün olacaq. Bununla belə, 2016-cı il mövsümündə əldə edilmiiş bir sıra radiokarban məlumatlar son Mezolit yaşı, b.e.ə. 7-ci minilliyi göstərir. Litoloji artefaktlarında, Neolitdə üstünlük təşkil edən dəvəgözündən deyil, çaxmaqdaşından geniş istifadə bu vahidin daha erkən tarixə aid olduğunu ehtimal etməyə imkan verir (şəkil 11).

 

Şəkil 8 Vahid 4-dən tapılmış Neolit saxsısı (9-cu Quyu A2-6).

 

Şəkil 9 Vahid 4-dən tapılmış Neolit daş artefaktlar (9-cu Quyu B3-7).

 

Şəkil 10 Vahid 5-də daşların yerləşdirilməsi bərpa edilib (9-cu Quyu A3-12).

 

Şəkil 11 Vahid 5-dən litoloji artefaktlar (9-cu Quyu A3-12).

 

Vahid6: Bu mühüm vahidin altındakı laylar qonur-boz dib çöküntülərindən və çoxsaylı atmosfer havasının təsirinə məruz qalmış, əhəngdaşılı çaydaşlarından ibarətdir (şəkil 12), onlar yalnız bir neçə artefakt verdilər.Maraqlıdır ki, litoloji artefaktların kiçik kolleksiyasına Levalluanın məhsulları daxildir, onların Orta Paleolitə aid olduğu ehtimal edilir (şəkil 13). Lakin laydan götürülmüş oduncaq kömürü nümunəsinə əsaslanan və bu vahidlə müqayisə edilən son mövsümün radiokarbon məlumatları, Mezolit dövrünə uyğun gələn, b.e.ə. 7-ci minillik tarixini göstərdi. Bu Vahid 6-nın təkrar material kimi, Orta Paleolitə aid artefaktların aşkar edildiyi, Mezolit qatı olduğunu və ya yuxarı Mezolit qatından tapılmış oduncaq kömür nümunəsinin özlüyündə Orta Paleolit çöküntülərinə aid olduğunu göstərə bilər. Bu problem həll etmək üçün biz bu vahiddən daha çox radiokarbon nümunəsi götürdük, həmçinin optik stimulyasiya lüministensiya (OSL) üçün nümunələr əldə etdik (şəkil 14).Sonuncu üsul radiokarbon məlumatları yoxlaya bilir. Bundan başqa, bu, əvvəllər tarixi, Orta Paleolitdə olduğu kimi, 50 ka kimi qeydə alınmış, lakin radiokarbon məlumatları üsulu ilə əhatə edilə bilməyən yataqlar üçün xüsusilə aktualdır.

Şəkil 12 2017-ci il qazıntı quyusunun cənub divarının aşağı hissəsi.

 

Biz Vahid 6-nın dibindən təxminən 10 sm qalınlığında nazik qaramtıl-boz palçıq layı və yaşılımtıl-boz qumsal çöküntü çıxardaraq, dərinliyə doğru işi davam etdirdik (şəkil12). Sonuncular tərkibində çoxlu sayda əhəngdaşılı çınqıl olan matrisanın çox sıx olduğunu göstərir.Bu laylar tam steril idi. Ana süxura çata bilməməyimizə baxmayaraq, 2017-ci il mövsümünün qazıntıları təxminən 50 sm dərinlikdə olan qumlu çöküntülərə çatan nöqtədə dayandırıldı.

Şəkil 13 Vahid 6-dan tapılmış Orta Paleolit artefaktları (9-cu Quyu B1-3).

 

Şəkil 14 Vahid 6-da OSL nümunə nöqtələri (9-cu Quyu B1-3).

 

4.     NƏTİCƏLƏR

Bu mövsümdə görülən iş bizim 2016-cı il mövsümündə Damcılı 1 mağarasının şərq hissəsində arxeoloji yataq qatlarının olması ilə bağlı ilkin müşahidələrimizi təsdiqlədi. Hüseynov 1950-ci illərdə mağaranın qərb hissəsində qazıntı apararaq yazırdı ki, Orta Paleolitdən Neolitə qədər müxtəlif dövrlərə aid arxeoloji qalıqlar qarışıq şəkildə tapılmışdır, lakin bu təsdiq, çox güman ki, mağaranın şərq hissəsinə tətbiq edilə bilməz. Qeyd etmək vacibdir ki, 2016-cı ildə açılmış dörd zonadan ikisi — qərbdə yerləşən 8-ci və 10-cu Quyu demək olar ki, sterildir, çöküntülər isə tərkibində çoxsaylı əhəngdaşılı çınqıl olan qumluqdan ibarətdir.Bu quyuların mövqeyi mağara divarındakı su mənbəyinə, Hüseynovun qazdığı kiçik quyuya yaxındır, bu sahənin çöküntülərinin suyun təsirinə məruz qalması, nəticədə tarixəqədərki çöküntülərin saxlanması üçün əlverişsiz şəraitə gətirib çıxarmışdır, ona görə də onların güman ki, mağaranın qərb hissəsindəkilərə bənzədiyi ehtimal edilir.Bu sahə hətta, ehtimal ki, tədqiq edilən zonaya uyğun hesab edilmirdi. Beləliklə, şərq sahəsində gələcək qazıntıların əsas su mənbələrindən uzaqda aparılması mağarada sənədləşdirmədə uzunmüddətli peşəkar ardıcıllıq və bərk stratiqrafik sübutlar nöqteyi-nəzərindən daha perspektivli ola bilər.

2017-ci il mövsümü tədqiqatlarında ikinci mühüm nəticə Damcılı 1 mağarasının Mezolitlə Neolit arasında mühüm keçid dövründə istifadə edilməsindən ibarətdir. Bizim qazıntılar Göytəpə saxsısına (Vahid 4) uyğun gələn, saxsısız, mikrolitik daş artefaktların tapıldığı Vahidin (Vahid 5) üstündə dulusçuluq məmulatlarının daşıyıcısı olan Neolit vahidini göstərdi. Məlumdur ki, Cənubi Qafqazda Neolitin çox erkən mərhələsi Orta Kür vadisində Hacı Elamxanlıtəpə qazıntı sahəsində demək olar ki, saxsısız idi.Ona görə də bizim quyuda saxsının olmamasını qazıntının kiçik sahədə aparılmasını nəzərə almaqla qiymətləndirmək lazımdır.Hərçənd bu saxsısız vahiddən radiokarbon məlumatlar əldə edilənə qədər, son olaraq nəsə demək mümkün deyil, lakin bunun, çox güman ki, Mezolitlə bağlı olması mümkündür.Birincisi, 2017-ci ildə çatdığımız, müqayisə edilən laydan radiokarbon məlumatlar b.e.ə. minilliyi göstərir və o zaman Cənubi Qafqazda Neolit sahələri aşkar edilməmişdi.İ kincisi, bu Vahiddə dəvəgözündən istifadə nisbətdə o qədər də çox deyil. Onun bütün litoloji artefaktların yarısından az olan payı , Hacı Elamxanlıtəpə ilə (təxminən 60%) və sözsüz ki, Göytəpə ilə (təxminən 80%-90%) müqayisədə aşağıdır, Əgər Vahid 5 həqiqətən də özlüyündə Mezolit mədəni layıdırsa, onda bu Cənubi Qafqazda bir yerdə həm Neolit, həm də Mezolitin stratiqrafik sübutlarının göstərilməsi üçün kəşf edilmiş ilk yer olacaq, Əlbəttə, demək artıqdır ki, Vahid 5-n mədəni atribusiyası bütün bərpa olunmuş arxeoloji qeydlərin, o cümlədən qalıqların tam təhlilindən sonra müəyyən edilməlidir. Bu mövsümdə toplanmış və xüsusi laborator təhlilə göndərilmiş çoxsaylı fauna və bitki qalıqları, sözsüz ki, bu problemin həlli üçün əsaslı sübutlar verəcəklər.

Üçüncüsü, 2017-ci il mövsümünün qazıntıları Damcılı 1 mağarasında Orta Paleollit qatlarının mövcudluğunu çox ciddi göstərir. Vahid6 özlüyündə buna əsas namizəd kimi görünür, lakin bu interpretasiyanı təsdiq edən radiometrik məlumatlar hələ əldə edilməyib. Bu mövsümdə 2016-cı ildə Orta Paleolitə xas olan tipoloji litoloji artefaktların bərpası təsdiqlənmişdir. Hərçənd hər iki mövsümdə tapılan, Orta Paleolitə xas tipoloji artefaktlar, əvvəlki kimi, az saydadır, lakin maraqlı perspektiv yaranıb. Bizim Bakıda Milli Elmlər Akademiyasının kolleksiyasında tədqiqatımız Hüseynovun 1950-ci illərdə qazıntılar zamanı aşkar etdiyi Orta Paleolitə aid arxeoloji artefaktların daha çox qaramtıl-boz vulkanik mənşəli süxurun andezitindən hazırlandığını göstərir.Bununla belə, bizim qazıntılarda yenicə bərpa olunmuş Yaxın Paleolitə aid arxeoloji artefaktlar əsasən çaxmaqdaşı və xalsedondan hazırlanmışdır. Ona görə də yalnız bir neçə andezit artefatkı nəzərə alınmışdır.Bu fərqlilik bir çox nöqteyi-nəzərdən izah edilə bilər: o, eyni mağaranın iki müxtəlif qazıntı sahəsindən aşkar edilmiş, Orta Paleolitin funksional və ya xronoloji dəyişkənliyini əks etdirə bilər. Bu dəyişkənliyin mövcudluğu Orta Paleolitdə neandertalların davranış dəyişkənliyini öyrənmək üçün mağaranın potensialını bird aha vurğulayır.

Damcılı mağarası 1950-ci illərdən başlayaraq, arxeoloqlar və ictimaiyyət üçün açıq idi. Bununla belə, onun elmi əhəmiyyəti elmi icmalar arasında tam olaraq nümayiş etdirilməmişdir. Bizim 2016 və 2017-ci illərdə apardığımız araşdırmalar, bu mağaranın Cənubi Qafqazda Mezolitdən Neolitə keçidin və/və ya dəyişikliyin öyrənilməsi üçün güclü imkanlara malik olduğunu göstərdi. Bundan başqa, o Yaxın Paleolitdən başlayaraq, peşəkar tarixin öyrənilməsi imkanını verməklə, bizim tədqiqat perspektivimizi genişləndirdi. Eyni zamanda, bu mağaranın gələcək tədqiqatlar və təhsil üçün böyüyən potensialını nəzərə alaraq, biz çöl tədqiqatlarımızın və əldə etdiyimiz nəticələrin ictimaiyyətə daha əyani surətdə açıqlanmasının vacibliyini etiraf edirik. Bu baxımdan, bizim layihəmizdə artıq yaradılmış istirahət parkını ciddi elmi biliklərin köməyi ilə zənginləşdirmək cəhdi nəzərdə tutulmalıdır. Qazıntı sahəmizi ayırmaq məqsədilə qoruyucu divarların yaradılması istiqamətində ilk cəhd edilmişdir (şəkil 16). Növbəti prosedur bizim tədqiqatın nəticələrini məlumat lövhələri və sorğu əsasında bələdçilər hazırlamaqla açıqlamaqdan ibarət olacaq. Vəziyyət kifayət qədər perspektivlidir və biz bu mağaranın potensialını genişləndirməyə kömək məqsədilə tədqiqatımızı davam etdrimək istərdik.

İstifadə olunan ədəbiyyat

Chataigner, C., Badalyan, R., Arimura, M., 2014.The Neolithic of the Caucasus. Oxford Handbooks Online, DOI: 10.1093/oxfordhb/9780199935413.013.13 (Şatayqner C. Badalyan R., Arimura M. 2014-cü il. Qafqazda Neolit. Oksford Onlayn Soraqçası, DOİ:10.1093/oxfordhb/9780199935413.013.13)

Meshveliani, T. (2013) On Neolithic origins in western Georgia.Archaeology Ethnology &Anthropology of Eurasia 41/2: 61–72. (Meşeveliani T. (2013) Gürcüstanın qərbində Neolit mənşəyi, Avrasiyanın Arxeologiya, Etnologiya və Antropologiyası 41/2: 61–72).

Meshveliani, T., G. Bar-Oz, O. Bar-Yosef, A. Belfer-Cohen, E. Boaretto, N. Jakeli, I. Koridze,

  1. Matskevich (2007) Mesolithic hunters at Kotias Klde, western Georgia: preliminary results. Paleorient 33(2): 47–58. (Meşeveliani T., G.Bar-Oz, O.Bar-Yosef, A.Belfer-Çohen, E.Boaretto, N.Jakeli, İ.Koridze, Z.Matskeviç (2007) Kotias Kldedə, qərbi Gürcüstanda Mezolit ovçuları: ilkin nəticələr. Paleorient 33(2): 47-58).

Nishiaki,Y.,F.Guliyev,S.Kadowaki,V.Alakbarov,T.Miki,S.Salimbeyov,C.Akashi,andS. Arai (2015a) Investigating cultural and socioeconomic change at the beginning of the Pottery Neolithic in the Southern Caucasus – The 2013 Excavations at Hacı Elamxanlı Tepe,Azerbaijan.BulletinoftheAmericanSchoolsofOrientalResearch374:1–28. (Nişiaki Y., F.Quliyev, S.Kadovaki, V.Ələkbərov, T.Miki, S.Səlimbəyov, C.Akaşi və S.Arai (2015a) Cənubi Qafqazda Saxsı Neolitinin əvvəlində mədəni və social-iqtisadi dəyişikliklərin tədqiqi – Hacı Elamxanlıtəpədə 2013-cü il qazıntıları, Azərbaycan. Şərqi Araşdırma üzrə Amerika Məktəblərinin Bülleteni 374: 1-28).

Nishiaki, Y., F. Guliyev and S. Kadowaki (2015b) Chronological contexts of the earliest Pottery Neolithic in the Southern Caucasus: Radiocarbon dates for Göytepe and Hacı Elamxanlı Tepe, West Azerbaijan. American Journal of Archaeology 119(3): 279– 294. (Nişiaki Y., F.Quliyev və S.Kadovaki (2015b) Cənubi Qafqazda erkən Saxsı Neolitinin xronoloji kontekstləri: Göytəpə və Hacı Elamxanlı Təpədə radiokarbon məlumatlar, Qərbi Azərbaycan. Amerika Arxeologiya Jurnalı 119(3):279-294).

Nishiaki, Y., F. Guliyev and S. Kadowaki (2015c) Theorigins of food production in the southern Caucasus: Excavations at Hacı Elamxanlı Tepe, Azerbaijan. Antiquity 348: Project Gallery, http://antiquity.ac.uk/projgall/nishiaki348 (Nişiaki Y., F.Quliyev və S.Kadovaki (2015c) Cənubi Qafqazda ərzaq məhsullarının istehsalının mənşəyi: Hacı Elamxanlı Təpədə qazıntılar, Azərbaycan. Antiquity 348: Layihə Qalereyası, http://antiquity.ac.uk/projgall/nishiaki348)

Varoutsikos, B., 2015. The Mesolithic-Neolithic transition in the South Caucasus: cultural transmission and technological transfer. Ph.D. dissertation, Harvard University. (Varoutsikos B., 2015. Cənubi Qafqazda Mezolit-Neolit keçidi: mədəni ötürmə və texnoloji keçid. Doktorantura üzrə dissertasiya, Harvard Universiteti).

 

Şəkil 15 2017-ci ildə qazıntılardan sonra quyu.

 

 

Şəkil 16 2017-ci ildə qazıntı quyusunu çəpərləmək üçün dəmir divarlar.

 

Şəkil 17.2017-ci il qazıntılarının nəticələrinin sərgisi (28 iyul 2017-ci il).

DAMCILI MAĞARASINDA  ARXEOLOJİ TƏDQİQATLAR, QAZAX, QƏRBİ AZƏRBAYCAN   2017-ci il MÖVSÜMÜ ÜZRƏ (15 İYUL-5 AVQUST 2017-ci il) ÇÖL TƏDQİQATLARININ HESABATI