“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Azərbaycan arxeologiyasının inkişafında pr. Qafar Cəbiyevin rolu” mövzusunda keçirilən beynəlxalq vebinar-konfrans

25-26 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidməti və onun “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu və İtaliya Yokoku Asossasiyasının təşkilatçılığı ilə “Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” mövzusunda keçirilən beynəlxalq vebinar-konfrans yekunlaşdı. Konfransın bütün bölmələrinə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun işçiləri də qatılmışdırlar.

“Azərbaycan arxeologiyasının inkişafında pr. Qafar Cəbiyevin rolu” mövzusunda keçirilən beynəlxalq vebinar-konfrans
Spread the love