“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Qoruğun vəzifələri və fəaliyyət istiqamətləri

1.       Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir;

2.       Qoruq ərazisində dövlət nəzarətini həyata keçirir;

3.       Qoruq sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil və Qoruğun inkişafını təmin edir;

4.       Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planları hazırlayır, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə razılaşdırır  və həyata keçirir;

5.       Qoruğun ərazisi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi tədqiqat, təlim- tərbiyə, turizm və istirahət ( rekreasiya) məqsədləri üçün istifadə edilə bilər;

6.       tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini hazırlayır. Layihələr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edildikdən sonra qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir;

7.       Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qərarı əsasında qoruq sərhədləri daxilində abidələrin və tikililərin bərpa və təmirini planlaşdırır və təşkil edir, bu işlərin həyata keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq qaydada işlər görür;

8.       Qoruq ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində qoruğun pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə onların siyahıya və dövlət qeydiyyatına alınması üçün tədbirlər görür;

9.       Qoruğun elmi fondu müddətsiz saxlanılır;

10.   Qoruq ərazisində turizmin inkişaf etdirilməsini, turist marşurutlarını müəyyən etməsini təşkil edir və bununla bağlı infrastrukturunun yaradılmasını təşkil edir;

11.   Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür;

12.   abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr təşkil edir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi kütləvi ədəbiyyatın nəşri üçün müvafiq tədbirlər görür;

13.   Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq arxeoloji qazıntı işlərinin aparılmasını müvafiq qaydada təşkil edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir. Qoruq ərazisində arxeoloji abidələrin qazıntısına və aşkar edilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının icazəsi olduqdan və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində qeydə alındıqdan sonra yol verilir. Arxeoloji qazıntı zamanı qoruq ərazisində aşkar olunan tarix və mədəniyyət abidələri qoruğun fonduna təhvil verilir;

14.   Qoruğun ərazisində baş verə bilən fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür;

15.   elmi tədqiqatların aparılması metodları Qoruğun rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq, hazırlanmış elmi təkliflər tətbiq edilə bilər;

16.   Qoruq gəlirindən mövcud qanunvericilik əsasında büdcəyə vergilər ödəyir;

17.   fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilik nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

HÜQUQ VƏ VƏZİFƏLƏRİ