“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Damcılı” filialına gedən yolun yenidən qurulması

Mədəniyyət Nazirliyinin Təşəbbüsü ilə Avey Dövlət Tarix–Mədəniyyət qoruğunun Damcılı filialında 3 ildən artıqdır ki, Yaponiyalı və Azərbaycanlı alimlərin iştirakı ilə beynəlxalq ekspedisiya fəaliyyət göstərir. Ekspedisiyanın işlədiyi müddətdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir neçə dəfə ekspedisiyanın gedişatını izləmək məqsədi ilə ərazidə olmuş, ekspedisiyanın mövcud iş şəraitini yaxşılaşdırmaq, Damcılıya gələn turistlərin yolunu abadlaşdırmaq üçün avtomobil meydançasının 200 m-lik hissəsini asfalt örtüyü ilə üzlətdirmişdir. Bir neçə gündür ki, Dünya əhəmiyyətli abidənin ətrafını abadlaşdırmaq, əraziyə gələn turistlərin rahatlığını təmin etmək məqsədilə Daş Salahlı–Ürkməzli–Dəmirçilər kənd yolunun yenidən qurulması layihəsinə ilk olaraq qoruğun “Damcılı” filialından start verilmişdir. Qoruqla Daş Salahlı kəndini birləşdirən 3 km yola asfalt örtüyünün çəkilməsi işlərinə başlanmışdır.

“Damcılı” filialına gedən yolun yenidən qurulması