“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Qoruq ərazisində yerləşən Çoban Qurban oğlu kurqanı haqqında məlumat

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ərazisində Dövlət Mühafizəsinə Götürülmüş Daşınmaz Tarix Və Mədəniyyət Abidələrinin Əhəmiyyət Dərəcələrinə Görə Bölgüsünə əsasən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu ərazisində adı Çoban Qurban oğlu kurqanı kimi qeydiyyata düşmüş, qeydiyyat nömrəsi 1252 olan abidəmiz əslində Çoban Qurban oğlu məzarı ətrafında olan kurqandır, Daş Salahlı kəndi “Xəzallının ağzı” ərazisindədir. 1961-cı ildə Qazax arxeoloji ekspedisiyanın çöl tədqiqat işləri zamanı qeydə aldığı tunc dövrünə aid yaşayış yerı və çoxlu daş-torpaq kurqanlarından ibarət abidələr kompleksi xüsusi əhəmiyyətə malikdir. Qoruq ərazisində olan kurqanlar Daş Salahlıdan İncə dərəsinə gedən torpaq yolun hər iki tərəfində, 10km-ə qədər bir ərazidə səpələnmişdir

Qoruq ərazisində yerləşən Çoban Qurban oğlu kurqanı haqqında məlumat