“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları qoruq ərazisində ekskursiyada olmuşlar

Respublika Prezidenti İlham Əliyevin tövsiyyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılmışdır. Bu dəfə 17.03.2019-cu il tarixində qoruğumuzun qonaqları Saatlı, Sabirabad, Kürdəmir, Qax, Baləkən və Zaqatala rayonlarından 300-ə yaxın şagird “Göyəzən” və “Damcılı” filialında da olmuşlar. “Göyəzən” filialı ərazisinə daxil olan möhtəşəm Göyəzən dağına baxış şagirdlərdə xoş təəssürat yaradıb. Məktəblilərə qoruğun elmi işçiləri tərəfindən Göyəzən dağının tarixi əhəmiyyəti, keçmişi və bu günü haqqında geniş məlumat verilmişdir. “Damcılı mağara düşərgəsi” ilə tanışlıq da məktəblilərdə zəngin təssərrüatlar yaratmışdır. Burada da qoruğun elmi işçiləri və ekskursiyaçıları müəllim və şagird kollektivinə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, Avey dağı və Damcılı mağarası haqında geniş və hərtərəfli məlumatlar vermiş, eyni zamanda şagirdlər tərəfindən verilən sualları cavablandırmışlar. Şagirdlərə buranın nə qədər qədim bir tarixə malik olması və buradan tapılmış zəngin tarixi maddi və mənəvi sərvətlərimiz sayılan qədimi əşyalar haqqında da geniş məlumat verilmişdir. Şagirdlər xoş təssərrüatla qoruğumuzdan ayrılmışlar.

“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları qoruq ərazisində ekskursiyada olmuşlar