“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” DTMQ-u Arxeoloji sərgidə iştirak edib

Oktyabr ayının 25-30-u tarixlərində İtaliya Respublikasının Paestum şəhərində Azərbaycan Respublikasının iştirakı ilə XIX əsr “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası” keçirilmişdir. Hər il dünyanın 50-dək ölkəsinin, eləcə də İtaliya Respublikasının əksər regionlarının, arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatlarının iştirak etdiyi layihədə Azərbaycan Respublikası da təmsil olunmuşdur. Özünün əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə olan, YUNESKO, İKKROM, İKOMOS və BMÜTT kimi nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlıq etdiyi yarmarkada ölkəmiz xüsusilə fərqlənmişdir. Həmin lahiyəyə Mədəniyyət və Turizm Nazirliyinin “Avey” Dövlət Tarix – Mədəniyyət qoruğu da daxil edilmişdir.Tədbirdə qoruğun  rəhbərliyi də iştirak etmişdir. Üzərində tarixi abidəmiz olan Göyəzən dağının əksi olunan şüşə suvenirlərin sərgilənməsi və hədiyyə verilməsi  gələnlərin marağına səbəb olmuşdur.






“Avey” DTMQ-u Arxeoloji sərgidə iştirak edib