“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda Qazax rayonunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Ulu öndər Heydər Əliyev Qazax Seminariyasının tarixi əhəmiyyətinə xüsusi önəm vermişdir. Təhsilə verilən bu qiymət Respublika Prezidenti İlham Əliyev tərəfindən də qorunub, saxlanılmışdır. Prezident 3 noyabr 2018-ci il tarixdə Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. 25.05.2019-cu il tarixdə Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Qazax filialı ilə birlikdə Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda Qazax rayonunda Beynəlxalq Elmi Konfrans keçirilib. Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş konfransın işində Türkiyə dövlətindən, Borçalıdan, Bakı, Gəncə, Mingəçevir, Şəki, eləcə də respublikamızın müxtəlif bölgələrindən olan elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərəncamın icrası ilə bağlı görülən işlərdən söz açıb. Konfransın giriş hissəsi Qazax rayon Gənclər mərkəzində təşkil olunmuş, məruzələr BDU-nun Qazax filialında dinlənilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən konfransın bədii hissəsi qoruğumuzun “Damcılı” filialında təşkil edilmişdir. Qoruq ərazisində qoruğun maddi-mədəniyyət nümunələrinin sərgiləndiyi pavilyon qurulmuş, pavilyon gələn qonaqların marağına səbəb olmuşdur. Qonaqlara qoruq haqqında məlumat verilmiş və onlara flayerlər, qələmlər, kiçik suvenirlər hədiyyə olunmuşdur.

Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda Qazax rayonunda Beynəlxalq Elmi Konfrans keçirilib.
Spread the love