“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

18 aprel AVEY DTMQ-u ərazisində Açıq qapı günləri

18 aprel beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Avey DTMQ ərazisində “Açıq qapı” günü təşkil etmiş və BDU-nun Qazax filialının tələbələri və müəllim heyəti ilə birgə tədbir keçirmişlər. Tədbirdə tələbələr Göyəzən dağına və Damcılı yaşayış düşərgəsinə yürüş və ekskursiya etmişlər. Tədbirin sonunda iştirakçılara üzərində qoruğun tarixi abidələri və məlumatlar olan bukletlər təqdim edilmişdir. Tədbir çay süfrəsi və aşıq musiqisi ilə yekunlaşmışdır.










18 aprel AVEY DTMQ-u ərazisində Açıq qapı günləri