“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Avstraliyalı və ingiltərəli arxeoloqlar qoruq ərazisində qonaq olmuşlar

01.07.2019-cu il tarixdə Qoruğumuzun qonaqları, avstraliyalı və ingiltərəli arxeoloqlar olmuşdur. Onlar yaponiyalı mütəxəssislər tərəfindən aparılmış qazıntı sahəsinə, digər ərazi və mağaralara baxış keçirmişlər. Onlara qoruq haqqında ətraflı məlumat verilmiş bu ərazilərdə tarixin bütün dövrlərində qaynar yaşayış izlərinin olduğu bildirilmişdir. Qoruq ərazisi, verilən məlumatlar onlarda çox böyük maraq yaratmış və yaxın zamanlarda qoruq ərazisində araşdırma aparmaq istəklərini vurğulamışlar.

Avstraliyalı və ingiltərəli arxeoloqlar qoruq ərazisində qonaq olmuşlar