“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Beynəlxalq ekspedisiya qazıntı işlərinə yekun vurdu

2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu və Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanan 3 tərəfli 5 illik Beynəlxalq memoranduma əsasən 16.07.2019-cu il tarixindən Damcılı mağara düşərgəsində növbəti qazıntı işlərinə başlayan beynəlxalq ekspedisiya 31.07.2019-cu il tarixində işlərini yekunlaşdırdılar. Bu münasibətlə 31.07.2019-cu il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Damcılı” filialında arxeoloji qazıntılardan ibarət sərgi təşkil olunmuşdur. 4-cü ilin sonunda təşkil olunan sərgidə son qazıntılar nəticəsində tapılmış mezolit dövrünə aid çox qiymətli, mütləq yaşı 8500 il hesablanan bəzək əşyası, vəhşi heyvan sümükləri, ox ucluqları və digər dövrlərə aid eksponatlar nümayiş olunmuşdur.

Beynəlxalq ekspedisiya qazıntı işlərinə yekun vurdu
Spread the love