“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

QAZAXDA, DAMCILI MAĞARASINDA VƏ ONUN ƏTRAFINDA ARXEOLOJİ TƏDQİQATLAR

QAZAXDA, DAMCILI MAĞARASINDA VƏ ONUN ƏTRAFINDA ARXEOLOJİ TƏDQİQATLAR

 

2016-cı İL MÖVSÜMÜNDƏ (5-25 AVQUST 2016-cı İL) SAHƏ ÜZRƏ HESABAT

 

 

Yoşihiro Nişiaki (Yoshihiro Nishiaki) Azərbaycandakı Yapon Arxeoloji Missiyası, Tokio Universitetinin Universitet Myzeyi, Tokio-2016

 

 

1. GİRİŞ

 

Azərbaycandakı yapon arxeoloji missiyasının, Tokio Universitetinin Universitet Muzeyinin əsas məqsədi Cənubi Qafqazda ən erkən kənd təsərrüfatı icmalarının mənşəyini və inkişafını aydınlaşdırmaqdır. Missiya 2008-ci ildə ilk mövsümünü başlarkən, Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarından ibarət dəstə ilə birlikdə bu məqsədə çatmaq üçün bir sıra çöl kömpaniyaları həyata keçirmişdir. O zamandan bəri əldə olunan nəticələr ürəkaçan oldu. Tovuz rayonunda iki mühüm Erkən Neolit sahəsi – Göytəpə və Hacı Elamxanlı Təpədə qazıntılar Cənubi Qafqazda ən erkən kənd təsərrüfatı icmalarının mənşəyi və inkişafı ilə bağlı bir sıra məsələləri dəqiqləşdirdi. Bu tədqiqatlar nəticəsində əldə olunan ən mühüm qənaətlərdən biri Cənubi Qafqazın sosial iqtisadiyyatında ən erkən əkinçiliyin köklərinin Yaxın Şərqdə “Məhsuldar Aypara” ilə bağlı olduğu, bölgəyə hazır halda gətirilməsə də, insanların o zaman “Məhsuldar Aypara” ərazisində yaşayan icmalarla əlaqəsinin olmasının lokal təkamül nəticəsində meydana gəlməsidir. Bu mədəni təkamül sürətli bir proses idi, təxminən b.e.ə. 6000-ci ildən başlamış və bir neçə yüz il davam etmişdir.

 

Bu tədqiqatın gələcək inkişafı məqsədilə, biz sosial iqtisadiyyatda ən erkən əkinçiliyin tətbiqindən əvvəl mövcud olmuş Mezolit yaşayış məskənlərini öyrənməyi vacib hesab etdik. Ən erkən kənd təsərrüfatı yaşayış məntəqələrindən biri Hacı Elamxanlı Təpədə aşkar olunanda, bizim onun mənşəyi haqqında interpretasiyamız bu bölgədə  tapılmış daha sonrakı dövrə aid yaşayış məskənlərinin (məsələn, Göytəpədə) və qonşu ölkələrdə aşkarlamış daha erkənlərinin (məsələn, Kinlo və Kotias Klde) müqayisəli təhlilinə əsaslanmışdır. Bu, erkən kənd təsərrüfatı məskənlərinın sıx paylanmış olduğu Orta Kür vadisində, istənilən Mezolit sahəsi haqqında etibarlı məlumatların olmaması üzündən baş verir. Ermənistan və Gürcüstanda Mezolit sahələrinin, Qazax rayonunda Orta Kür vadisi hissəsini əhatə edən dağ qollarının ekoloji xüsusiyyətlərini nəzərə alsaq, bura sanki Qərbi Azərbaycanda Mezolit məskənlərinin tədqiqi üçün münbit sahə sayıla bilərdi.

 

Beləliklə, 2016-cı ildə bizim çöl tədqiqatları mövsümü Qazax rayonunun Damcılı mağarasında qazıntılara həsr olunmuşdur. Bu sahə 1950-ci illərdə geniş qazılsa da, dərc olunmuş hesabatların sayı məhduddur, bu 2015-ci il mövsümündə kəşfiyyat araşdırmasından sonra yeganə perspektivli hesab etdiyimiz ərazi idi.

 

Biz çox şadıq ki, 5-24 avqust 2016-cı il tarixlərində Damcılı mağarası sahəsində və onun ətrafında apardığımız tədqiqatların ilkin nəticələrinin hesabatı haqqında məlumat veririk. Yeni bölgədə yeni sahənin tədqiqi çoxsaylı əməkdaşlar üçün əvvəlkindən daha çox bir sıra logistik dəstək tələb edir. İlk növbədə, biz bu çöl mövsümünün doktor Səadət Əliyevanın şəxsində Mədəniyyət və Turizm Nazirliyi Avey Dövlət Tarixi-Mədəniyyət Qoruğunun, doktor Maisə Rəhimovanın şəxsində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun və Yoşihiro Nişiakinin rəhbərlik etdiyi Yaponiyanın Tokio Universiteti Universitet Muzeyinin qarşılıqlı anlaşması və əməkdaşlığı vasitəsilə gerçəkləşdiyini qeyd edirik. Biz çöl tədqiqatlarımızı mümkün edən bu təşkilatlara səmimi minnətdarlığımızı bildiririk. Bundan başqa, adları aşağıda qeyd edilən Azərbaycan tərəfindən tədqiqat qrupu öz dəyərli elmi biliklərini bizimlə bölüşmüş, lazım gəldikcə praktiki dəstək göstərmişdir.

 

Azərbaycan missiyası:

Dr. Musa Mursaqulov, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu, Azərbaycan

Dr. Mənsur Mənsurov, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan

Dr. Azad Zeynalov, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan

Dr. Fərhad Quliyev, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan

Cənab Yaqub Məmmədov, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan

Cənab Şahin Səlimbəyov, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan

 

Cari mövsümdə Yaponiya missiyası aşağıdakı üzvlərdən ibarət idi.

Direktor: Professor Yoşihiro Nişiaki (Tarix öncəsi dövr), Tokio Universiteti, Yaponiya

Üzvlər: Dr. Hiroto Nakata (Tarix öncəsi dövr), Aoyama-Qakuin Universiteti, Yaponiya

Cənab Kazuya Şimoqama (Arxeologiya), Qədim Şərq Muzeyi, Yaponiya

Xanım Çiye Akaşi (Arxeobotanika), Uaseda Universiteti, Yaponiya

Cənab Saici Arayi (Arxeozoologiya), Tokio Universiteti, Yaponiya

Dr. Yu-içi Hayakauya (CIS Geomorfologiya), Tokio Universiteti, Yaponiya

Cənab Masuto Ebina (CIS Geomorfologiya), Tokio Universiteti, Yaponiya

 

Bu səfər və tədqiqatlar Tokio Universiteti Universitet Muzeyinin Yapon Elmlərin İnkişafına Dəstək Cəmiyyətinin qrantı hesabına maliyyələşmişdir. Biz bütün bu təşkilatlara və ayrı-ayrı şəxslərə sonsuz dərəcədə minnətdarıq.

(Yoşihiro Nişiaki)

 

Üz qabığındakı foto: Damcılı mağarasında, 7-ci quyuda qazıntı işləri, 2016-cı il

 

 

 

 

2. DAMCILI MAĞARASINDA QAZINTI İŞLƏRİ

 

Damcılı mağarası Avey dağının şərq dağətəyi hissəsində, müasir Daş Salahlı şəhərindən bir neçə kilometr qərbdə, Qazaxdan təxminən 20 km şimal-qərbdə yerləşir (şəkil 1, 2). Dağ başlıca olaraq Üst Təbaşirli Əhəngdaşı/təbaşir süxurlarından ibarətdir, ən hündür zirvəsi dəniz səviyyəsindən 1400 metr (m, dəniz səviyyəsindən yuxarı) yüksəklikdədir. Mağara Damcılı vadisinin başında, dəniz səviyyəsindən 300 metr yüksəklikdə, Kür çayının şərq qolu olan Salahlı çayının axarındadır. Mağara 100 metrdən artıq üfüqi inkişaf etmiş geniş ağzı olan, ən böyük yeraltı su mənbələrindən birində yerləşir.

 

Şəkil 1, Yapon missiyasının Avey dağında qeydə aldığı mağaraların və qayaaltı sığınacaqların yerlərini göstərən xəritə. 409: 1-ci Damcılı Mağarası; 410: 2-ci Damcılı Mağarası.

 

Şəkil 2, Damcılı mağara kompleksi məsafədən (oxa diqqət edin)

 

Arxeoloji qazıntılara başlamazdan əvvəl, biz, yeni lazerlə skan üsulundan –  Serrestrial Laser Scanning (TLS) və Structure-from-Motion Multi-View Stereo photogrammetry (SfM-MVS) istifadə etməklə topoqrafik çəkiliş apardıq. Bu üsul bizə qısa müddət ərzində (üç sutkaya) rayonun topoqrafik çəkilişini aparmağa  və ondan bölgədə çöl tədqiqatlarında istifadə etməyə imkan verdi (şəkil 3).

 

Şəkil 3, TLS-dən istifadə etməklə topoqrafik tədqiqat (Trimble TX5).

 

Tədqiqat ərazinin Damcılı vadisinin sol sahili boyu yerləşmiş, iki təxmini fərqli mağaradan (qayaaltı sığınacaqlardan) ibarət olduğunu aydın göstərir (şəkil 4). Rahat olsun deyə, 1-ci və 2-ci Damcılı kimi işarələnmiş hər iki mağara 2016-cı ildə qazıntılara məruz qalmışdı.

 

Şəkil 4, Cari tədqiqatlar üçün seçilmiş 1-ci və 2-ci Damcılı mağara sahələri.

 

2.1 Damcılı mağarası

 

Şəkil 5, 1-ci Damcılı mağarası.

 

Damcılı mağarası kimi (şəkil 5) geniş tanınan bu mağara, yerli əhalinin ən populyar istirahət parklarından biridir, geniş, yastı terraslara görə təxminən 17 m eni, 7,3 m uzunluğu və 4,2 m hündürlüyü olan rahat, qapalı meydança şəklindədir. Bundan başqa, bulaq suyu hələ də mağaranın suverən divarlarından süzülür, zəngin bitki örtüyü olan kiçik vadinin su mənbəyi kimi çıxış edir.

 

Bu mağara M.M.Hüseynov tərəfindən 1953, 1956 və 1957-ci illərdə qazılmışdır. Bu qazıntılar haqqında dərc olunmuş məlumat məhdud olsa da, arxeoloq yazır: “1956-1957-ci illərdə Damcılı mağarasının çöküntüləlri qazılmış və öyrənilmişdi, burada Orta və Son Paleolitin, həmçinin Mezolit və Neolitin qismən dağılmış qatları aşkar edilmişdir” (Hüseynov 2010: 212). Qısa desək, müxtəlif xronoloji dövrlərə aid materialdan ibarət qalan arxeoloji çöküntülər də yerini dəyişmişdi. Bununla belə, ehtimal edilən “Mezolit” materiallarının mövcudluğu bizim diqqətimizi cəlb edir, bu isə cari mövsümün tədqiqatlarına gətirib çıxarır. Dr. Azad Zeynalovun sayəsində əldə olunmuş, Arxeologiya və Etnoqrafiya İnstitutunun arxivlərində saxlanılan, 1957-ci il qazıntı mövsümünün  çap olunmamış hesabatlarına əsasən, 1950-ci illərin qazıntıları iki əsas hissədə aparılmışdır. Böyük qazıntı sahəsi iri bulağın qarşısında, vadinin başında, eyni zamanda kiçik sahə isə təxminən 10 m şimal-şərqdə yerləşən divar boyu yaradılmışdır. Bulaq sonuncu ərazinin yaxınlığında yerləşir. Qazıntı rayonlarının mağaranın ölçüsündən 4-5 m-dən geniş olması, mağara terrasının qalan hissələrinin isə istirahət parkında aparılan tikinti işlərinə görə demək olar ki, tam olaraq betonla örtülməsi diqqətəlayiqdir. Bizim təkrar qazıntılar müvafiq olaraq, əvvəlki qazıntı rayonlarından və çəkilmiş sahələrdən uzaqda aparılmışdır. Dörd sözügedən qazmalar açılmışdır (şəkil 6).

 

Şəkil 6, 2-ci Damcılı mağarasının ikiölçülü xəritəsi, 2016-cı ildə qazmaların yerləşməsi (qırmızı rəngdə) göstərilir. Köhnə xəritə 1950-ci illərin qazma sahələrindən tərtib olunmuş və müasir məlumatlarla zənginləşdirilmişdir.

 

7-ci Qazma

 

Hər qazma sahəsi sırası, Damcılı mağarasının şimal qurtaracağından başlayaraq məsafədən çəkilmişdir. Beləliklə, 1-6 rəqəmləri ilə 2-ci Damcılı mağarası qazmaları verilib,  7 rəqəmindən isə 2-ci Damcılı mağarasının məsafədən görünən 7-ci qazması başlanır. 7-ci Qazma 1-ci Damcılının şimal-şərq kənarında, mağara divarları və bərk örtüklü istirahət zonası arasında dar məkanda 1x2m ölçüdə açılmışdır (şəkil 7). Qazma əsas süxurlara qədər, səthdən 3,6 m səviyyədə qazılmışdır (şəkil 8). Qeyd etmək lazımdır ki, bərpa olunmuş sahələr əla, hazırda baş verən təbii və ya süni tərəddüdlərin hər hansı ciddi əlamətləri olmadan, Neolitdən başlamış orta əsrlərə qədər mədəni qatların toplanmasını göstərməklə saxlanılmışdır.

 

Şəkil 7, 7-ci Qazmadakı qazıntılar, 1-ci Damcılı mağarası.

 

Bizim əsas narahatçılığımız Neolit təbəqəsi ilə bağlı idi. Bu, tünd qəhvəyi çöküntü küllərinindən ibarət, səthdən 1,5 m aşağıda olan təbəqədə aşkar edilmişdi. Hər hansı bir ocaq və ya qurğuya xas əlamətlərin tapılmaması, yəqin ki, qazıntı sahələrinin məhdud olması ilə əlaqədardır, bərpa olunmuş arxeoloji materiallar isə bu rayonun Erkən Neolit dövründə yaşayış üçün istifadə olunduğunu göstərir. Materiallara Gəncə-Qazax düzənliyində yerləşən daha gec Neolit dövrü yaşayış məskəni olan Göytəpə və Şomutəpə-Şülaverinin qazıntı sahələri ilə müqayisədə daha az miqdarda dulusçuluq əsərləri daxildir. Qeyd etmək lazımdır ki, saxsı qab yalnız üst təbəqələrdə tapılmışdır və bir metrə yaxın çöküntülərlə döşənmiş təbəqədə isə keramika aşkar olunmamışdı. Erkən artefakt topluları balıqqulaqlı daşlardan olan kiçik trapesiyalardan, təzyiq altında hazırlanmış tiyələrdən, qalın çınqıl daşlardan hazırlanmış ərsinlər, xırdalanmış və cilalanmış daşlar, o cümlədən yaxşı pardaxlanmış dəstəciklərdən ibarətdir (şəkil 9). Hacı Elamxanlı Təpə tapıntıları ilə ümumi oxşarlıq mağara mühitində ən erkən Neolit icmalarından birinin məskunlaşdığını sübut edir. Hacı Elamxanlı Təpə ilə Damcili Mağarası Neolit icmaları arasında xronoloji və funksional qarşılıqlı əlaqə, özlüyündə, gələcək tədqiqatlar üçün maraqlı obyektdir.

 

Şəkil 8, 7-ci qazmada arxeoloji qazıntı, cənub-qərbdən görüntü

 

Şəkil 9, 7-ci qazmadan tapılmış Neolit dövrünə aid daş üyüdən alət.

 

Neolit təbəqəsinin altında, 30 sm-ə yaxın qalınlığı olan, 10-15 sm diametrli çoxlu dairəvi çay daşlarından sarımtıl-boz gil qatı bərpa edilmişdir. Müqayisə edilən sarımtıl-boz gil aşağıda yerləşmişdi, sonra isə qayanın səthdən təxminən 3,3 m aşağı hissəsində aşkar edilmişdir. Hərçənd bu qaya mağara divarının aşağıya doğru azmeylli mailliyini göstərməsəydi, süxur hesab ediləcəkdi, qazıntı bu təbəqədə qrunt sularının olması ilə əlaqədar dayandırılmışdı.

 

8-ci qazma

 

Bu quyu mağara divarına təxminən perpendikulyar yerləşmiş, 1 m-n 3 m-ə qazma sahəsində açılmışdır, yaxınlıqda daha bir sahə sementlənmişdir (şəkil 10). Qazıntılar, səthdən təxminən 1 m dərinlikdə, ən azı iki nəfərin dəfn olunduğu düzbucaqlı formada “daş-qutu” tipli dəfn yeri aşkar edildiyindən dayandırılmışdır. Hər dəfn olunmuş insan düzbucaqlı formada yastı əhəngdaşı plitələri arasına qoyulmuş, üzəri iri plitələrlə örtülmüşdür. Bu qəbirlər mağara divarı istiqamətinə, praktiki olaraq, paralel yerləşdiyindən və qazma sahəsinin hər iki sonluğunun sərhədlərini kəsərək içəri keçdiyindən biz onları qazılmamış saxladıq. Beləliklə, onların detalları, o cümlədən dəfn olunmuş əşyalar xronoloji interpretasiyanın sübutu üçün ən yaxşı dəlillər olsa da, aydınlaşdırılmamış qaldı.

 

Şəkil 10, 1-ci Damcılıda 8-ci qazmada aşkar olunmuş qəbir yerlərinin cənub-qərbdən görüntüsü.

 

Bu qazmanın qazılmış ərazisinin stratiqrafiyasını iki əsas vahidə bölmək olar. Üst hissə kompakt yerləşmiş, təxminən 70 sm qalınlıqlı, çoxsaylı əhəngdaşı fraqmentləri olan boz torpaq qatından ibarətdir. Digər tərəfdən, aşağı blok kifayət qədər boş qırmızımtıl-qəhvəyi, böyük və kiçikbucaqlı əhəngdaşı blokları olan qum qatıdır. Qəbirlər blokun aşağı hissəsində qazılmışdır.  

 

9-cu qazma

 

7-ci qazmanın yaxınlığında yerləşən bu qazma mədəni stratiqrafiyanın öyrənilməsi üçün 2m x 2m ölçüdə, böyük sahədə açılmışdır (şəkil 11, 12). Qazıntılar səthdən 4 m-ə yaxın dərinlikdə aparılmışdır, lakin bu mövsümdə əsas süxurlara çatmaq mümkün olmamışdır (şəkil 12). Stratiqrafiyalar özlüyündə gözəl mədəni ardıcıllığı əks etdirir. Orta əsr çöküntülərinin altında, təxminən 15 m qalınlıqda Neolitə və daha erkən mədəni təbəqələrə aid ardıcıllıq aşkar olunmuşdu. 7-ci qazmada olduğu kimi, Neolit təbəqəsində çox nadir hallarda saxsı məmulatları tapılırdı, onun aşağı hissəsi isə bütövlüklə keramikasız idi. Bundan əlavə, aşağı hissə mikrolit hissələrdən, mikrolövhələrdən və digər həndəsi formalardan ibarət aydın daş toplunu görmək imkanı verdi, bu isə özlüyündə erkən neolit və ya son mezolitə aid edilə bilər. Bundan başqa, bu maraqlı təbəqə aşınmış əhəngdaşı tərkibli çaydaşlarından ibarət steril təbəqədən yuxarıda aşkar edilmişdir, ondan aşağıda isə Orta Paleolitə aid təbəqələr müəyyən edilmişdir. Artefakt qalıqlarının xüsusiyyətləri Levalua texnologiyasından istifadə etməklə fərqləndirilmiş, Orta Paleolitin nadir təbəqələri olduğu və ocaq qalıqları ilə əlaqəli olması aydınlaşmışdı (şəkil 13).

 

Bu ilkin müşahidələr qazmanın mədəni stratiqrafiyasına, ekspedisiyanın məqsədi olan Neolitdən daha əvvəlki dövrlərə aid materialları da özünə daxil etdiyini göstərir. Bununla belə, materialın müəyyən interpretasiya üçün çox az olduğunu qeyd etmək lazımdır və biz radiokarbon təhlili də daxil olmaqla, digər təhlillərin nəticələri əldə olunduqdan sonra müəyyən qənaətə gələ bilərik.

 

Şəkil 11, 1-ci Damcılı, 8-ci qazmada qazıntılar.

 

Şəkil 12, 8-ci qazmada Orta Paleolit təbəqələrində qazıntılar.

 

Şəkil 13, 8-17-ci qazmada Orta Paleolit dövrünə aid ocaqlar.

 

10-cu qazma

 

1×4 m ölçüdə düzbucaqlı qazma 8-ci qazmadan 8 m cənubda, mağaranın divarına perpendikulyar açılmışdı. Bu qazmanın stratiqrafiyası 8-ci qazmanınkı ilə eynidir, yəni üst blok kompakt yerləşmiş boz torpaq qatından və çoxsaylı əhəngdaşı qırıqlarından, aşağı blok isə boş, künclərində əhəndaşı blokları olan qırmızımtıl-qəhvəyi qum qatından ibarətdir (şəkil 14). Bundan əlavə, aşağı blokun üst hissəsində insanların “daş-qutu” tipli dəfn olunduğu aşkar edilmişdi. Biz qəbirlərə toxunmadan qazmanın şərq hissəsini daha aşağı təbəqələrə qədər qazdıq. Qazıntılar nəticəsində, nəhayət, səthdən təxminən 3 m dərinlikdə təməl daşına çatdıq. Əsas süxurlar mağaranın divarına doğru kəskin əyiliblər. Ümumilikdə, əsas süxuru örtən çöküntülər demək olar ki, sterildirlər və yuxarıda sözügedən blokun aşağı hissəsinə müvafiqdirlər. Qum matrisası, həmçinin əhəngdaşı çınqılı onların su mənşəli çöküntülərdən ibarət olmasını göstərir. Əslində, əvvəlki kimi, suyun sızdığı ən azı iki çatlaq birbaşa mağaranın divarında yerləşir. Bu səbəbdən, mağaranın həmin hissəsi, sanki yaşayış məskəni kimi xidmət göstərmirdi.

 

Şəkil 14, 10-cu qazmanın stratiqrafiyası. Əhəngdaşı çınqıllı, qırmızımtıl-qəhvəyi qumsal torpaq əsas süxurlara qədər davam edir.

 

2.2 2-ci Damcılı Mağarası

 

1-ci Damcılı Mağarası Damcılı vadisində işlənmiş geniş qazığın şərq hissəsində yerləşir. Təxminən 100 m şərqdə digər yaşayış məskəni olmuş mağara – 2-ci Damcılı Mağarası yerləşir (şəkil 15). Önun ölçüləri: eni təxminən 45 m, uzunluğu 8 m və hündürlüyü 3,2 m, hiss olunan terrasının uzunluğu isə 8,4 m-dir. Bu mağaranın fotoşəklinin də yer aldığı, Hüseynovun çap olunmamış qazıntılar arxivinə əsasən, onlar sanki tədqiq olunmuşlar. Bununla belə, nəticələrin təsviri ya yoxdur, ya da tərəfimizdən qeydə alınmayıb.

 

Şəkil 15, 2-ci Damcılı mağarasının məsafədən görüntüsü (oxa baxın).

 

Şəkil 16, 2-ci Damcılı mağarasının 1-ci qazmasında qazıntı işləri.

 

Biz ölçmələr əsasında 6 qazma sahəsi açdıq ki, mağaranın Neolitə və daha erkən dövrlərə aid  mədəni təbəqələrə malik olub-olmadığını görək. Qazmalar qazıntıların sıra sayına uyğun, şərq hissəsindən başlayaraq nömrələnmişdir (səh. 16).

 

Çöl işləri zamanı əldə etdiyimiz nəticə mağaranın tarixəqədərki ərazi olmamasıdır. Arxeoloji materiallar, xüsusən Orta əsr dövrünə aid saxsı nisbətən yaxşı qalsa da, onun erkən dövrlə bağlılığı aşkar edilməmişdir. Bundan başqa, mədəni çöküntülər, bir qayda olaraq, nazik olur, maksimumda 1-ci qazmadakı (şəkil 17) kimi, 1,5 m-ə yaxın müşahidə edilir, steril qatdan yuxarıda toplanmış sarımtıl-boz gildə çoxlu miqdarda əhəngdaşı qırığı müşahidə edilmişdir. Daha həqiqətəuyğun ehtimal mağaranın çox da köhnə olmayan, güman ki, gec Qolosendə, geoloji formasiyanın məhsulu olması və insanın tarixəqədərki məşğuliyyətləri üçün açıq olmamasıdır.

 

Şəkil 17, 2-ci Damcılı mağarası, 1-ci qazmada qazıntılar.

 

3. QAZAX RAYONUNDA ƏLAQƏLİ TƏDQİQAT SAHƏLƏRİ

 

3.1 Damcılı ərazisi

 

Qalabulaq

 

2015-ci ildə Damcılı mağarasının tarixəqədərki dövrlərə yaxınlığı bir vaxtlar tədqiqat predmeti olmuşdu. Lakin buranın kifayət qədər böyük əhəngdaşlı mağaralar və qayaaltı sığınacaqlar sahəsi olduğunu nəzərə aldıqda, biz bu rayonda kəşfiyyat tədqiqatlarının davam etməsinin zəruri olduğunu hiss etdik. Cari mövsümdə biz iki yeri qısa ziyarət etdik. Onlardan biri, Damcılıdan təxminən bir kilometr cənub-şərqdə yerləşən, təzə bulaq suyu olan, digər məşhur istirahət zonası – Qalabulaqdır (şəkil 18). Bu zaman bulaq suyuna yaxın ərazidə orijinal relyef əhəmiyyətli dərəcədə dəyişilmişdi, müasir istirahət zonasına nəzər saldıqda, yamacın sanki bu və ya digər dərəcədə ilkin vəziyyətini saxlanıldığı ehtimal edildi. Biz yamacın qısa tədqiqatını keçirdik, burada bir neçə obsidian ovuntusu tapıldı, həmçinin ölçmələr aparıldı. Ölçmə aparılan üç qazmadan biri yamacda (şəkil 18.1), qalan ikisi isə qərbdə, nəhəng daş uçqununun yanında yerləşmişdir (şəkil 18:1 və 19). Nəticələr göstərir ki, yamac həqiqətən də keçmişdə müəyyən dövrün yaşayış məskəninə daxil idi, bu daha çox ən yaxın mənbədən təzə suyun olması ilə bağlı idi; lakin Orta əsrlərdə intensiv istifadə olunmamışdır, bunu o dövrə aid çoxsaylı saxsının tapılması göstərir, eyni zamanda Tunc dövrü də ola bilər, daha az miqdarda tapılmış obsidian artefaktları bu ehtimalı irəli sürməyə imkan verir. İstənilən halda, Mezolit və Paleolit izləri tapılmamışdır.

 

Şəkil 18, Ölçülmüş qazmaların yeri göstərilməklə (qırmızı rəqəmlər) Qalabulağın ümumi görüntüsü.

 

Şəkil 19, Qalabulaq, mağaranın divarı yaxınlığında qazıntı.

 

Korbulaq

 

2016-cı il mövsümü ərzində tədqiq olunan daha bir sahə kimi Damcılı mağarasından təxminən 2 km qərbdə yerləşən Korbulağı qeyd etmək lazımdır (şəkil 20). Hazırda yerin təkindən suyun çıxarılması üçün yeraltı kanalın inşası ilə əlaqədar görünməz olan bulaq, 1950-ci illərdə Hüseynov tərəfindən tarixəqədərki ərazi kimi ehtimal edilərək qeydə alınmışdır. O, iri daş uçqunu olan yamacın dibində açılmışdır, sahəsi 4 m-ə yaxın hündürlüyə və 8 m enə malikdir. Kifayət qədər yastı, sahəsi 4 m olan terras qayadan başlayaraq inkişaf etmişdi. Hərçənd Hüseynov bir neçə mümkün Paleolit artefaktının görünə biləcəyini qeyd etsə də, bizim tədqiqatımız zamanı heç bir uyğun artefakt aşkar olunmamışdır. Əvəzində, orta əsrlərə aid çoxsaylı saxsı qırıqları toplanmışdı.

 

Şəkil 20, Korbulağın ümumi görüntüsü.

 

3.2 Yataq Yeri

 

Damcılı mağarası yaxınlığında tədqiqata əlavə olaraq biz Qərbi Qazaxa kiçik ekskursiyaya getdik və Yataq Yerində məsafəli ölçmələr apardıq. Açıq səma altında olan bu ərazi Hüseynov tərəfindən 1963-cü ildə aşkar edilmişdir. Sonrakı illərdə dəfələrlə bu ərazidə olmuş Mənsurova əsaslansaq (2008-ci il), üst səthdə olan materiallar Eneolit, Neolit, Mezolit və Üst Paleolitə aid daşdan hazırlanmış artefaktlarından ibarətdir. Deməli, bu ərazi Mezolitlə bağlı araşdırmalar aparan missiyamız tərəfindən tədqiq edilməlidir. 2015-ci ildə qısamüddətli ziyarətdən sonra, bu mövsümdə, 14 avqust tarixində biz yenidən əraziyə baş vurduq.

 

Yataq Yeri ərazisi Kür çayının ən köhnə terraslarından birinin şimalında yerləşir, terras şərqdən Acıdərə adlı kiçik vadi ilə kəsişir və Kür vadisinə qovuşur (şəkil 21). Bu kiçik vadi bir neçə aşağı terraslardan əmələ gəlmişdir, onlardan da arxeoloji material toplamaq mümkündür. Deməli, biz arxeoloji materiallar olan ən azı üç terras müəyyən etdik: ən aşağı terras vadin yatağından 12 m hündürlükdədir, orta terras 19 m, ən yüksək terras isə 23,5 m-də yerləşir. Tipoloji məlumatlara əsasən, ən aşağı terras Holosenə, orta, çox güman ki, Neolitə, ən yuxarı terraslardan biri isə Yaxın Paleolitə aid edilə bilər. Orta terras onlar arasında olan dövrü göstərməlidir, lakin müəyyən xronoloji dövrü göstərən artefaktlar toplanmamışdır. Biz hər üç terrasda dib çöküntülərinin tarixini öyranmək məqsədilə ölçmə quyuları qazdıq (şəkil 22). Ən yuxarı terrasdakı quyu qum və palçığın bir neçə qatında dəyişikliklərə şahidlik etdi, bu isə əvvəlki çay axını ilə bağlı işləri göstərir (şəkil 23), orta terrasda çaydaşı qatı aşkar edildi. Digər tərəfdən, ən aşağı terrasın lyos, eol çöküntülərinin qalın qatı ilə örtülməsi aşkar olundu. Təəssüf ki, sınaq quyularının heç biri artefakt vermədi. Mezolit tədqiqatlarına gəldikdə isə, bizim intensiv tədqiqatlarımız Mezolit dövrünə işarə edəcək heç bir materal vermədi.

 

Şəkil 21, Yataq Yerində ölçmələr aparılmış sahələrin yerləşməsi. Qırmızı: 2016-cı il mövsümü, ağ/sarı: 2015-ci il mövsümü.

 

Şəkil 22, Ən yüksək terrasda sınaq qazıntıları.

 

Şəkil 23, Ən yüksək terrasda sınaq quyusunun stratiqrafiyası, qədim çay axınlarının təsiri ilə qum və palçıq çöküntülərində dəyişikliyi göstərir.

 

4. NƏTİCƏLƏR

 

2015-ci ildə Avey dağının tədqiqinə bir həftə sərf etsək də, bu mövsüm Qazax rayonu ərazisində əməli işlərin başlanması ilə əlamətdardır. Çöl tədqiqatları, yuxarıda təsvir edildiyi kimi, kifayət qədər uğurlu nəticələr verdi. İki ən gözəl nəticəni xüsusilə qeyd etmək istərdik.

 

Onlardan biri Damcılı mağarası qazıntı sahəsinin quruluşuna dairdir. Akademik mühitdə onun adı alimlər və ictimaiyyət arasında tanınsa da, 1950-ci illərdə mağaranın hansı hissəsinin qazıldığı və hansı mədəni komplekslərin aşkar olunduğu aydın deyildi. Bizim çöl tədqiqatlarımız çap olunmamış arxivlə müşayiət olunaraq göstərdi ki, qazıntı sahəsi əslində iki əsas hissədən ibarətdir: 1-ci Damcılı və 2-ci Damcılı, onlardan hər biri müxtəlif mədəni çöküntüləri tam saxlamışlar. Bizim 1-ci Damcılıda qazıntılarımız Orta Paleolitdən başlayaraq uzun peşəkar ardıcıllığı nümayiş etdirdi, eyni vaxtda 2-ci Damcılı isə Orta əsrlər qazıntı sahəsi oldu və burada tarixəqədərki dövrə aid heç nə tapılmadı (şəkil 24-26). Bu tapıntı bəzi arxeoloqlar tərəfindən dəstəklənmiş, “1950-ci illərdə aparılmış arxeoloji qazıntılar zamanı 1-ci Damcılı əvəzinə 2-ci Damcılı mağarası qazılmışdı” kimi yanlış təsəvvürü alt-üst etdi.

 

Şəkil 24, 1-ci Damcılıda Yaxın Paleolitə aid Levalua balıqqulağılı çöküntüsü (Qazma 9-19).

 

Şəkil 25, 1-ci Damcılıda Mezolit/Neolit təbəqələrindən mikrolitik alətlər (Qazma 7-14).

 

Şəkil 26, Damcılı mağarasında 2016-cı il arxeoloji qazıntıları zamanı tapılmış saxsı və dəmir obyektlər: 1–4, 6: şirlənmiş qab (1: Qazma 10-4, 2: Qazma 1-9, 3: Qazma 1-11, 4: Qazma 9-1, 6: Qazma 1-11;), 5: dəmir ucluq (Qazma 9-1), 7: qırmızı kəsici alət (Qazma 5-2); 8–11: kobud qazança (Pit 1-11); 11–12: Neolit dəmirçi alətləri (Qazma 9-8).

 

Cari mövsümdə nəticələrin ikinci maraqlı məqamı 1-ci Damcılıda yaxşı saxlanmış mədəni çöküntülərin açılması oldu, onlar bizə Orta Paleolitdən, Son Mezolitdən və/və ya Erkən Neolitdən, Son Neolitdən və Orta Əsrlər dövründən tarixəqədərki dövrə keçidi bərpa etməyə imkan verir. Tədarükçü istehsal üçün nəzərdə tutulmuş Levalua üsulu ilə ümumi işi göstərən Orta Paleolit toplusu bu dövrün hazırda kifayət qədər olmayan məlumat bazasına mühüm əlavədir, neandertalların və onların müasirlərinin mədəni dəyişkənliyinə əhəmiyyətli töhfə verir. Mezolit/Neolit komplekslərinin açılması Cənubi Qafqazın tarixəqədərki dövrünə gözəl töhfə olardı, çünki onlar, ehtimal ki, uzunmüddətli perspektivdə Mezolit/Neolit inkişafının dulusçuluğun nadir istifadə olunduğu dövründən tətbiq edildiyi dövrə qədər mərhələləri əhatə edir. Məhz bu tapıntının şövqü ilə biz Mezolit dövrü ilə bağlı nəticəni gözləyirik, onun mövcudluğu isə Hüseynov tərəfindən 1-ci Damcılıda bu fazada ən köhnə toplunun incəlikləri göstərilmədən nəzərdə tutulmuşdu. Qazıntı kiçik sahədə aparıldığından mədəni qalıqların miqdarı məhdud olsa da, bütün bunlar sözsüz ki, dəqiq interpretasiya tələn edir, əsas məsələ isə bu yeni fazanın Erkən Neolitin və ya daha erkən dövrün ən erkən hissəsi olub-olmamasını göstərib-göstərməməyidir. İstənilən halda, çox güman ki, Damcılının bu fazası yerli ovçu-yığıcı icmaların iqtisadiyyata ərzaq istehsalını tətbiqetmə prosesini tədqiq etmək üçün nadir imkan yaradır.

 

Bütövlükdə, 2016-cı il mövsümü Damcılı mağarasında tarixəqədərki dövrün tədqiqatlarında yeni mərhələdir. Hüseynovun 1-ci Damcılı mağarasının ikinci dərəcəli qarışıq təbəqələrində tapılmış müxtəlif dövrlərə aid arxeoloji materiallar haqqında bəyanatı mağaranın 1950-ci illərdə qazıntı işləri aparılmış qərb hissəsinə şamil edilə bilər. Bununla belə, biz artıq bunun mağaranın arxeoloji komplekslərinin stratiqrafik vəziyyəti əla saxlanılmış şərq hissəsinə aid olmadığını deyə bilərik. 1-ci Damcılının müasir qazıntı və laboratoriya tədqiqatı texnologiyaları tətbiq olunmaqla gələcək tədqiqatları mağaranın Cənubi Qafqazda Üst Pleystosendən Erkən Holosenə qədər mədəni təkamülün müəyyənləşdirilməsində əsas yerli mənbəyə çevirəcək.

 

25 avqust 2016-cı il

 

 

 

QAZAXDA, DAMCILI MAĞARASINDA VƏ ONUN ƏTRAFINDA ARXEOLOJİ TƏDQİQATLAR