“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Beynəlxalq abidələr günü

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu 18.04.2012 – ci ildə “18 aprel Beynəlxalq abidələr və tarixi yerlər günü” ilə əlaqədar tədbir keçirmişdir.

     “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu Mədəniyyət və Turizm Nazirliyinin göstəriş və tövsiyyələrinə əsasən “18 aprel Beynəlxalq abidələr və tarixi yerlər günü” ilə əlaqədar “Açıq qapı” günü təşkil etmişdir. Bu işlə bağlı ilk olaraq “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Göyəzən” filialına Qazax rayonu Alpout və Abbasbəyli kənd orta məktəblərinin direktor, müəllim və şagird heyəti cəlb olunmuş, qoruğun “Göyəzən” filialının işçiləri – elmi işçi və ekskursiyaçılar toplantı iştirakçılarına 18 aprel gününün mahiyyəti, qoruq ərazisində yerləşən tarixi abidələr haqqında ətraflı məlumat vermiş, sonra Göyəzən dağına təntənəli şəkildə yürüş keçirilmiş, yürüş sonda bu məktəblərin istedadlı şagirdlərinin musiqi töhvəsi ilə yekunlaşmışdır. Tədbirin ikinci – geniş hissəsi qoruğun “Damcılı” filialında olmuşdur.Tədbirdə Qazax rayon Həmkarlar İttifaqının sədri, Qazax rayon Mədəniyyət və Turizm şöbəsindən nümayəndələr, Qazax rayon Təhsil şöbəsinin nümayəndələri, Qazax rayon Rəsm Qalareyasının gənc rəssamları, Qazax şəhər 2 saylı musiqi məktəbinin gənc musiqiçiləri, Qazax şəhər məktəblərinin müəllim və şagirdləri, Daşsalahlı kəndinin orta məktəblərinin müəllim və şagirdləri, tədbiri işıqlandırmaq üçün media nümayəndələri cəlb olunmuşdur. Qoruğun əməkdaşları burada da toplantı iştrakçılarını abidələrlə tanış etmiş və ətraflı məlumatlandırmışdır. Gənc rəssamlara qoruq ərazisində yerləşən abidələrin rəsmlərinin çəkilməsi tapşırığı verilmişdir.Tədbir sonda gənc musiqiçilərin musiqi sədaları altında və çay süfrəsi təşkil edilməklə yekunlaşmışdır. Tədbirdə ümumilkdə 500-dən artıq dinləyici iştirak etmişdir

 
























Beynəlxalq abidələr günü
Spread the love