Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Qafqaz Albaniyası, incəsənəti və memarlığı şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Özbəkistan Turan Elmlər Akademiyasının həqiqi üzvü, akademik Sehranə Kasımi apardığı tədqiqat işlərinin davamı olaraq “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunda olmuş, qoruq ərazisində aparılan qazıntılardan çıxan eksponatlara baxış keçirmiş, qoruqda aparılan arxeoloji qazıntılar və tapılan ekponatlar barədə Sənətşünaslıq üzrə elmlər doktoru, dosent İmaş Hacıyev və elmi işçilər tərəfindən məlumatlar verilmişdir. Daha sonra Sehranə xanım qoruğun abidələri ilə tanış olmaq üçün “Damcılı” və “Göyəzən” filiallarında olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Qafqaz Albaniyası, incəsənəti və memarlığı şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Özbəkistan Turan Elmlər Akademiyasının həqiqi üzvü, akademik Sehranə Kasımi apardığı tədqiqat işlərinin davamı olaraq “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunda olmuşdur.