“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun təşkilatçılığı ilə “Daşdan yaddaşa: Qərb bölgəsindəki Alban abidələri, kimlik və kollektiv yaddaş” mövzusunda elmi-praktik seminar təşkil edilmişdir.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun təşkilatçılığı ilə qərb bölgəsində yerləşən Alban mədəni irsi nümunələrinin elmi baxımdan tədqiqi, onların kollektiv yaddaşın və kimliyin formalaşmasındakı rolunun araşdırılması və bu abidələrin qorunub gələcək nəsillərə çatdırılması məqsədilə “Daşdan yaddaşa: Qərb bölgəsindəki Alban abidələri, kimlik və kollektiv yaddaş” mövzusunda elmi-praktik seminar təşkil edilmişdir.
Seminarda Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun və Bakı Ali Neft Məktəbinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Ahənçi elmi məruzə ilə çıxış etmişdir. Tədbirdə hər iki qoruğun əməkdaşlarının iştirakı ilə qərb bölgəsindəki Alban abidələrinin tarixi əhəmiyyəti ətrafında maraqlı elmi diskussiyalar aparılmışdır.
Tədbirdən sonra iştirakçılar “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində yerləşən Göyəzən dağı, Damcılı mağara düşərgəsi və Alban məbədinə ekskursiya etmişdirlər.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun təşkilatçılığı ilə “Daşdan yaddaşa: Qərb bölgəsindəki Alban abidələri, kimlik və kollektiv yaddaş” mövzusunda elmi-praktik seminar təşkil edilmişdir.
Spread the love