2025-ci il 16–18 may tarixlərində Bakı və Xankəndi şəhərlərində Ankara Hacı Bayram Veli Universitetinin Turizm, Qarabağ Universitetinin İqtisadiyyat, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya, Azərbaycan Turizm və Menecment Universitetinin isə Turizm və Qonaqpərvərlik fakültələrinin birgə təşkilatçılığı ilə keçirilmiş VI Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransında və 19-20 iyun 2025-ci il tarixində Şəki şəhərində təşkil edilmiş 7-ci Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası, Dili, Tarixi, Mədəniyyəti və Ədəbiyyatı konfransında “Avey” Dövlət-Tarix Mədəniyyət qoruğunun əməkdaşları iştirak etmişdirlər.






