“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

2024-cü ilin ikinci yarımilində Qoruq ərazisində aparılmış arxeoloji qazıntıların nəticələrinə həsr olunmuş elmi seminar keçirilmişdir

2024-cü ilin ikinci yarımilində Qoruq ərazisində aparılmış arxeoloji qazıntıların nəticələrinə həsr olunmuş elmi seminar keçirilmişdir.
Seminar Qoruğun inzibati binasında təşkil olunmuş və tədbirdə qazıntı işlərində birbaşa iştirak etmiş tanınmış arxeoloqlar – tarix üzrə fəlsəfə doktoru Nəcəfov Şamil, arxeoloq Əsədov Vaqif, eləcə də digər nüfuzlu tədqiqatçılar və elm adamları iştirak etmişlər.
Tədbirdə qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələrinin ilkin elmi təhlili təqdim edilmiş, həmçinin əldə olunan nəticələrin Azərbaycan arxeologiyası və regionun tarixinin öyrənilməsi baxımından əhəmiyyəti müzakirə olunmuşdur.
2024-cü ilin ikinci yarımilində Qoruq ərazisində aparılmış arxeoloji qazıntıların nəticələrinə həsr olunmuş elmi seminar keçirilmişdir
Spread the love