“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar 15 dekabr 2025-ci il tarixində Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Təhsil Sektoru və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrinin müəllimləri arasında intellektual bilik yarışının qalibləri mükafatlandırılmışdır

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar 15 dekabr 2025-ci il tarixində Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Təhsil Sektoru və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrinin müəllimləri arasında intellektual bilik yarışı təşkil edilmişdir.
Yarışda 20 komanda iştirak etmiş, hər komandada 4 müəllim olmaqla iştirakçılar biliklərini 40 sualdan ibarət, 3 mərhələli yarış formatında sınamışlar. Suallar “Konstitusiya və Suverenlik ili”, Azərbaycan Respublikasının Konstitusiyası, azad olunmuş ərazilərdə yerləşən tarixi abidələr və suverenlik mövzularını əhatə etmişdir.
Bilik yarışının sonunda I yerə Səməd Vurğun adına şəhər 2 saylı məktəbinin müəllimlərindən ibarət “Qazax”, II yerə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbinin müəllimlərindən ibarət “Qarabağ”, III yerə Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbinin müəllimlərindən ibarət “Qubadlı” komandaları layiq görülmüşdür.
19 dekabr 2025-ci il tarixdə qalib gələn komandalar Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Təhsil Sektoru tərəfindən hədiyyələrlə mükafalandırılmışdır. Tədbirin təşkilində əməyi olan bütün qurumlara minnətdarlığımızı bildirir, yarışda iştirak edən bütün müəllimlərə təşəkkür edir, qalib müəllimlərimizi isə səmimi qəlbdən təbrik edirik.
2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar 15 dekabr 2025-ci il tarixində Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Təhsil Sektoru və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrinin müəllimləri arasında intellektual bilik yarışının qalibləri mükafatlandırılmışdır
Spread the love