Adı: Ox ucu
Tapıldığı yer: Alban məbədi (2023-2024)
Dövrü: Orta əsrlər
Avey dağının 922 metr hündürlüyündə yerləşən Alban məbədində və onun yaxın ətrafında arxeoloji qazıntı işləri aparılmışdır. Aparılan arxeoloji qazıntı işləri zamanı bəzi artefaktlar əldə edilmişdir ki, bunlardan biri də orta əsrlərə aid edilən bir ədəd dəmirdən hazırlanmış ox ucluğu olmuşdur.
Yaxşı vəziyyətdə qalan ox ucluğunun başlığı ağırdır və bu da onu göstərir ki, orta əsrlərdə və daha qədimdə döyüş zamanı uzaqvuran silah kimi istifadə edilən bu ox ucluğundan bilavasitə düşmənin zirehli geyimini deşmək üçün yararlanmışlar. Sonluğu milşəkillidir və ağac saplağa keçirmək üçündür. Təyinatına görə XII əsrin səlcuq türklərinin istifadə etdikləri ox ucluqları tipindədir. Uzunluğu 4,5 sm-dır.
Name: Arrowhead
Found at: Alban Temple (2023–2024)
Period: Middle Ages
Archaeological excavations were conducted at the Alban temple, located at an altitude of 922 meters on Avey Mountain, and its surrounding area. During these excavations, some artifacts were discovered, one of which is an iron arrowhead dating back to the Middle Ages.
The arrowhead, which has remained in good condition, has a heavy tip, indicating that in the Middle Ages and earlier, it was used as a long-range weapon in battle to directly pierce the enemy’s armored clothing. Its base is shaped to fit a shaft and is designed to be attached to a wooden shaft. According to its function, it belongs to the type of arrowheads used by the Seljuk Turks in the 12th century. Its length is 4.5 cm.
