“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Dövrü: Son tunc-erkən dəmir dövrü-Adı: Muncuq / Period: Late Bronze–Early Iron Age-Name: Bead

Adı: Muncuq

Tapıldığı yer: 1 saylı Göyəzən (Murovul) kurqanı 2024.

Dövrü: Son tunc-erkən dəmir dövrü

1 saylı Göyəzən (Murovul) kurqanında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən muncuq əqiq daşından hazırlanmışdır. Tapıntı badamvari formaya malik olub, zərif və simmetrik işlənmişdir. Muncuğun bir uc hissəsində ip və ya nazik qaytan keçirmək üçün xüsusi deşik açılmışdır. Bu deşik daşın diqqətlə deşilməsi yolu ilə hazırlanmış, kənarları hamarlaşdırılmışdır ki, istifadə zamanı ipin aşınmasının qarşısı alınsın.

      Muncuq qırmızı rəngli əqiqdən düzəldilmişdir. Əqiq yarıqiymətli daş olub, sərtliyi və davamlılığı ilə seçilir. Qırmızı rəng çaları isə tərkibindəki dəmir oksid birləşmələri ilə əlaqədardır. Daşın səthinin cilalanmış olması onun estetik görünüşünü artırmaqla yanaşı, ustaların daş emalı sahəsində müəyyən təcrübəyə malik olduğunu göstərir.

     Badamvari forma qədim dövrlərdə geniş yayılmış bəzək elementlərindən biri olmuşdur. Bu forma həm estetik baxımdan zərif sayılır, həm də simvolik məna daşıya bilərdi. Qədim inanclara görə, qırmızı rəngli daşlar qoruyucu xüsusiyyətə malik hesab edilir, insanı bəd nəzərdən və mənfi təsirlərdən qoruduğuna inanılırdı. Buna görə də belə muncuqlar təkcə bəzək məqsədi daşımır, eyni zamanda talisman və ya amulet funksiyası daşıya bilərdi.

      Son Tunc – Erkən Dəmir dövründə yarıqiymətli daşlardan hazırlanmış bəzək əşyalarının mövcudluğu bölgədə ticarət əlaqələrinin və xammal mübadiləsinin inkişaf etdiyini göstərir. Əqiq daşı hər zaman yerli mənbələrdən əldə olunmaya bilərdi; bu isə uzaq bölgələrlə əlaqələrin mümkünlüyünü ehtimal etməyə əsas verir.

Belə tapıntılar dövrün zərgərlik sənətinin səviyyəsini, estetik zövqünü və sosial-mədəni xüsusiyyətlərini əks etdirir. Muncuğun dəfn abidəsində və ya yaşayış yerində tapılması onun həm gündəlik həyatda, həm də ritual kontekstdə istifadə olunduğunu göstərir.

Name: Bead
Discovery Site: Kurgan No. 1, Goyazan (Murovul), 2024
Period: Late Bronze–Early Iron Age

     During archaeological excavations at Kurgan No. 1 in Goyazan (Murovul), a bead made of agate was discovered. The find has an almond-shaped form and is delicately and symmetrically crafted. A small hole was made at one end of the bead to allow for threading with a cord or thin string. This hole was carefully drilled and its edges smoothed to prevent wear on the cord during use.

    The bead is made of red agate, a semi-precious stone known for its hardness and durability. The red coloration is due to the presence of iron oxide compounds. The polished surface of the stone enhances its aesthetic appeal and reflects the considerable skill of ancient craftsmen in stoneworking.

     The almond shape was a widely used decorative element in ancient times, valued for its aesthetic elegance and potentially symbolic meaning. According to ancient beliefs, red stones were considered to have protective properties, safeguarding the wearer from evil eye and negative influences. Therefore, such beads served not only as ornaments but could also function as talismans or amulets.

The presence of semi-precious stone ornaments during the Late Bronze–Early Iron Age indicates the development of trade networks and raw material exchange in the region. Agate was not necessarily locally sourced, suggesting possible connections with distant areas.

     Finds of this type reflect the level of craftsmanship, aesthetic taste, and socio-cultural characteristics of the period. The discovery of such beads in burial sites or settlements demonstrates their use in both daily life and ritual contexts.

Dövrü: Son tunc-erkən dəmir dövrü-Adı: Muncuq / Period: Late Bronze–Early Iron Age-Name: Bead
Spread the love