“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruqlarının rəhbərliyi və əməkdaşları Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 2026-cı ilin birinci yarımili üçün təsdiqlənmiş iş planına uyğun olaraq Gəncə şəhərində fəaliyyət göstərən “Gəncə” Dövlət tarix‑mədəniyyət qoruğuna elmi-tanışlıq səfəri həyata keçirmişlər

“Avey” və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruqlarının rəhbərliyi və əməkdaşları Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 2026-cı ilin birinci yarımili üçün təsdiqlənmiş iş planına uyğun olaraq Gəncə şəhərində fəaliyyət göstərən “Gəncə” Dövlət tarix‑mədəniyyət qoruğuna elmi-tanışlıq səfəri həyata keçirmişlər. Səfərin əsas məqsədi ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən qoruqlar arasında elmi təcrübə mübadiləsinin gücləndirilməsi, maddi-mədəni irsin qorunması sahəsində tətbiq olunan müasir yanaşmalarla yaxından tanış olmaq və qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirmək olmuşdur.
Səfər çərçivəsində qoruq əməkdaşları ilk olaraq Nizami Gəncəvi Muzeyini ziyarət etmiş, burada nümayiş olunan zəngin ekspozisiya ilə yaxından tanış olmuşlar. Muzeydə sərgilənən arxeoloji materiallar, əlyazma nümunələri, miniatürlər, heykəltəraşlıq və tətbiqi sənət nümunələri vasitəsilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin həyatı, yaradıcılığı və ümumbəşəri ideyaları haqqında ətraflı məlumat əldə edilmişdir. Ekspozisiya yalnız böyük mütəfəkkirin ədəbi irsini deyil, həm də orta əsrlər Azərbaycan mədəniyyətinin zənginliyini və bədii-estetik dəyərlərini əks etdirən mühüm mənbə kimi diqqət çəkmişdir.
Daha sonra qoruq əməkdaşları Nizami Məqbərəsini ziyarət etmişdir. Burada qoruğun əməkdaşları tərəfindən məqbərənin memarlıq xüsusiyyətləri, onun müxtəlif dövrlərdə aparılmış bərpa və yenidənqurma işləri, həmçinin Nizami Gəncəvinin Azərbaycan və dünya ədəbiyyatında tutduğu müstəsna mövqe barədə geniş məlumat verilmişdir.
Səfər proqramı çərçivəsində həmçinin Qədim Gəncə Qalası ərazisində nümayiş etdirilən maddi-mədəniyyət nümunələri ilə də tanış olmuşdur. Burada təqdim olunan eksponatlar – Gəncə‑Qazax xalçaları, ənənəvi milli geyim nümunələri, eləcə də Azərbaycanın görkəmli şəxsiyyətlərinin mozaika texnikasında işlənmiş bədii portretləri regionun zəngin tarixi-mədəni irsini əyani şəkildə nümayiş etdirir. Bu eksponatlar Gəncə-Qazax bölgəsinin qədim sənətkarlıq ənənələrinin, estetik zövqünün və milli mədəni kimliyinin formalaşmasında mühüm rol oynamışdır.
Səfər zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılmış, qoruq fəaliyyətinin təşkili, maddi-mədəni irsin mühafizəsi, elmi tədqiqatların aparılması və ictimaiyyətə təqdimat mexanizmləri ilə bağlı təcrübələr paylaşılmışdır.
“Avey” və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruqlarının rəhbərliyi və əməkdaşları Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 2026-cı ilin birinci yarımili üçün təsdiqlənmiş iş planına uyğun olaraq Gəncə şəhərində fəaliyyət göstərən “Gəncə” Dövlət tarix‑mədəniyyət qoruğuna elmi-tanışlıq səfəri həyata keçirmişlər
Spread the love