“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun Etnoarxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyevanın iştirakı ilə “18 Aprel – Tarixi irsin qorunmasında birgə müzakirə” adlı dəyirmi masa təşkil olunmuşdur

18 Aprel – “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətlə 17.04.2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun Etnoarxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyevanın iştirakı ilə “18 Aprel – Tarixi irsin qorunmasında birgə müzakirə” adlı dəyirmi masa təşkil olunmuşdur.

Tədbirdə 18 Aprel – “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nün əsas məqsədinin tarixi irsin qorunmasına diqqəti artırmaq, cəmiyyət arasında maarifləndirməni gücləndirmək və abidələrin əhəmiyyətini təbliğ etmək olduğundan bəhs edilmişdir. Tarixi abidələrin qorunması, arxeoloji qazıntılar, əldə olunan maddi-mədəniyyət nümunələri və gələcək tədqiqat istiqamətləri müzakirə olunmuşdur.
Ülviyyə Hacıyeva çıxışında qeyd etmişdir ki, aparılan tədqiqatlar ərazinin zəngin tarixə malik olduğunu sübut edir və tarixi abidələr milli kimliyin formalaşmasında mühüm rol oynayır.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun Etnoarxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyevanın iştirakı ilə “18 Aprel – Tarixi irsin qorunmasında birgə müzakirə” adlı dəyirmi masa təşkil olunmuşdur
Spread the love