Müstəqil Azərbaycan dövlətinin banisi və memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə 08.05.2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları Ulu Öndərin adını daşıyan mərkəzi və abidəsini böyük ehtiramla ziyarət etmişlər.
Ziyarət zamanı dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzülmüş, onun Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri dərin hörmətlə yad edilmişdir. Tədbir iştirakçıları Ümummilli Liderin əziz xatirəsini ehtiramla anmış, onun zəngin siyasi irsinin hər zaman xalqımız üçün örnək olduğunu vurğulamışlar. Tədbirdə 23 nəfər iştirak etmişdir.
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları Ulu Öndərin adını daşıyan mərkəzi və abidəsini böyük ehtiramla ziyarət etmişlər
