“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə dəyirmi masa təşkil olunmuşdur

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə muzeylərin yalnız qədim eksponatların qorunduğu məkan deyil, həm də xalqın tarixini, mədəniyyətini və yaddaşını yaşadan mühüm elm və maarif ocaqları olduğunu vurğulamışlar. Bildirilmişdir ki, tarixi irsimizin qorunması hər birimizin mənəvi borcudur.
Sonda iştirakçılar muzey və qoruqların fəaliyyətinin geniş təbliği, gənc nəslin tariximizə marağının artırılması istiqamətində görüləcək işlərdən bəhs edilmişdir.
18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə dəyirmi masa təşkil olunmuşdur
Spread the love