“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları tərəfindən Qazax rayonu İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbində şagirdlərlə görüş keçirilmişdir

Azərbaycan Respublikasında 2026-cı ilin “Memarlıq və Şəhərsalma ili” elan olunması ilə əlaqədar 25.05.2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları tərəfindən Qazax rayonu İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbində şagirdlərlə görüş keçirilmişdir.
Görüş çərçivəsində məktəblilərə “Avey” qoruğunun zəngin tarixi irsi, burada mövcud olan qədim abidələr və onların qorunmasının vacibliyi haqqında məlumat təqdim edilmişdir. Tədbir interaktiv müzakirə formatında keçmiş, şagirdlərin sualları cavablandırılmış və mövzu ilə bağlı təqdimatlar nümayiş etdirilmişdir.
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları tərəfindən Qazax rayonu İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbində şagirdlərlə görüş keçirilmişdir
Spread the love