“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan xalqının taleyində mühüm rol oynayan Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb. Çıxış edənlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizdə sabitliyin və inkişafın əsasını qoyub, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında mühüm rol oynayıb.
Dəyirmi masa zamanı Milli Qurtuluş Gününün Azərbaycanın dövlətçilik tarixindəki yeri, əldə olunan nailiyyətlər və müasir Azərbaycanın inkişaf yolu haqqında iştirakçılara ətraflı məlumat verilib.
Tədbirin sonunda Milli Qurtuluş Gününün ölkəmizin gələcəyi üçün əhəmiyyəti vurğulanıb, bu tarixi günün xalqımızın yaddaşında daim yaşayacağı bildirilib.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə dəyirmi masa keçirilib
Spread the love