8 noyabr Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları tərəfindən Qazax şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.
8 noyabr Zəfər Günü münasibətilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları tərəfindən Qazax şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib
