8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında “Zəfər tariximizdən tarixi irsimizə” adlı dəyirmi masa təşkil olunub. Tədbirdə 2 dəfə Vətən uğrunda medalı, 3 cü dərəcəli Vətənə xidmətə görə ordeni və digər medallarla təltif olunmuş, ehtiyatda olan polkovnik-leytenant İsgəndər Mustafayev Osman oğlu iştirak edərək döyüş xatirələrini bölüşüb.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında “Zəfər tariximizdən tarixi irsimizə” adlı dəyirmi masa təşkil olunub
