“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“27 sentyabr Turizm işçiləri günü” münasibəti ilə sentyabr ayının 26-sında saat 1000-dan başlayaraq Qazax şəhərinin Mütəfəkkirlər parkında “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunu təmsil edən pavilyon qurulacaqdır

ELAN

Qazaxlılar və şəhərimizin qonaqlarının nəzərinə:

“27 sentyabr Turizm işçiləri günü” münasibəti ilə sentyabr ayının 26-sında saat 1000-dan başlayaraq Qazax şəhərinin Mütəfəkkirlər parkında “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunu təmsil edən pavilyon qurulacaqdır. Burada maddi-mədəniyyət nümunələri olan, qoruğun ərazisindən tapılmış eksponatlar, üzərində qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər sərgilənəcəkdir. Qoruq və qoruğun ərazisindəki abidələr haqqında 3 dildə yazılmış flayerlər, çay və şirniyyat pulsuz paylanacaqdır.

Hər birinizi bu maraqlı sərgidə iştirak etməyə dəvət edirik.

 

Tədbirin davamı 27 sentyabr tarixində Qazax rayonun Daş Salahlı kəndində , “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Damcılı” filialında olacaq. Burada “Açıq qapı günü” keçiririləcək, qoruğun ərazisindən tapılmış eksponatlar sərgilənəcək, qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər, qələmlər və s. satışa çıxarılacaqdır.

Bu günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək, rayonumuzun turizm imkanlarını nümayiş etdirmək və genişləndirməkdir.

“27 sentyabr Turizm işçiləri günü” münasibəti ilə sentyabr ayının 26-sında saat 1000-dan başlayaraq Qazax şəhərinin Mütəfəkkirlər parkında “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunu təmsil edən pavilyon qurulacaqdır
Spread the love