“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu tərəfindən 16 aprel 2024-cü il tarixində qoruğun “Damcılı” filialında tədbir təşkil edilmişdir.

Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Həmçinin 2024-cü il cənab Prezidentin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bununla əlaqədar olaraq “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu tərəfindən 16 aprel 2024-cü il tarixində qoruğun “Damcılı” filialında tədbir təşkil edilmişdir. Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov və Qazax rayon İHB aparatının əməkdaşları, BDU Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, Qazax – Tovuz Regional Gənclər və İdman İdarəsinin müəllim və gənc idmançıları, Qazax Dövlət Rəsm Qalareyasının gənc rəssamları, Qazax rayon 1 nömrəli Musiqi Məktəbinin müəllim və şagirdləri, Könüllülər, Qazax rayon məktəbliləri, Ağstafa “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları və rayon ictimayyəti iştirak etmişdir. Tədbirin rəsmi hissəsində qoruq ərazisində aparılan elmi-arxeoloji qazıntılan nəticəsində əldə olunan eksponatlardan və üzərində abidələr haqqında məlumatlar əks olunmuş buklet və flayerlərdən ibarət sərgi, gənc idmançıların qol güləşi və ağırlıq qaldırma üzrə çıxışları, gənc rəssamların “Abidələr gənc rəssamların fırçalarında” mövzusunda hazırladıqları rəsmlər nümayiş etdirilmişdir. Tədbirin bədii hissəsində vətənə, milli ruha həsr edilmiş musiqilər və şeirlər səsləndirilmiş və rəqslər təqdim edilmişdir. Qədim el sənətimiz olan aşıq musiqisi gənc aşıqların ifasında səsləndirilmişdir. Milli kinomuzun incilərindən sayılan “Arşın mal alan” filmindən səhnəcik nümayiş edilmişdir.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu tərəfindən 16 aprel 2024-cü il tarixində qoruğun “Damcılı” filialında tədbir təşkil edilmişdir.
Spread the love