“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

21-27 may 2024 -cü il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Qocayeva Xeyransanın “Türküstan” qəzetində “Tarixin Dərin İzlərini Yaşadan Kurqanlar” adlı elmi məqaləsi çap edilmişdir.

Tarixin  dərin  izlərini  yaşadan  kurqanlar.

Azərbaycanın uzaq tarixinə bələdçilik edən abidələr sırasında kurqanların da özünəməxsus yeri var. Belə kurqanlara ölkənin bütün bölgələrində rast gəlmək mümkündür.

Kurqanlar Orta Asiyada ki köhnə Türk məzarlarına verilən addır. Kurqanlar taxtalarla, bəzən də daşlarla çevrilmiş məzar otaqlarının üstünə bir metr ilə yetmiş metr daşlarla çevrilmiş məzar yığılmasıyla yaradılar. Kurqanlar əsl məzar otağı bəzən düzbucaqlı, bəzən kvadrat və ya oval ola bilirdi. Cəsəd otağının döşəməsi ağac kötükləri və kalasdan hazırlanırdı. Cəsədlərin başı Şərqə çevrilmiş olar və əşyaları ilə birlikdə kurqanlara basdırılardı. Fərqli bölgələrdə kurqanlarda at cəsədlərinə də rast gəlinmişdir. Bu günə qədər olan ən əhəmiyyətli kurqan  Qazaxıstanda ki Esik kurqandır.

Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandır. Bu cür məzarlarda, ölən adamın əhəmiyyətinə uyğun olaraq, ümumiyyətlə taxtadan basdırıldığı otağının üzərinə daş və torpaqdan bir yığma təpə yüksəldilirdi. Bunun üzərində də ölən adamı təmsil edən, kobudca insan formalı heykəllər tikilirdi. Bu heykəllərə daha çox “daş ata” deyilməkdədir.

Qazax rayonunda  yerləşən Avey Dövlət Tarix Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələrilə zəngindir. Bu ərazilərdə qədim paleolit mezolit eneolit orta əsr tunc mis dövrlərinə və sonrakı tarixi dövrlərinə  aid mədəniyyət abidələri  mövcuddur.

1961-ci ildə Qazax arxeoloji ekspedisiyasının çöl tədqiqat işləri zamanı qeydə aldığı tunc dövrünə aid yaşayış yerləri və çoxlu  daş-torpaq kurqanlarından ibarət abidələr kompleksi xüsusi əhəmiyyətə malikdir.

Ekspedisya kurqanlar haqqında minumum məlumat əldə etmək üçün onlardan birini qazmışdır. Bu kurqan Daş Salahlıdan İncəyə gedən torpaq yoldan solda düzülmüş kurqanlardan dördüncüsüdür. Kurqan ovalşəkilli olub, diametri 6,6 və 7,4 m, yer səthindən hündürlüyü 0,6 m-dir. Kurqan çoxlu daş və qaratorpaq töküntüsündən ibarətdir. Daş ən çox kurqanın mərkəzinə tökülmüş və şimal-şərq istiqamətində dağıdılmışdır. Cənub və şimal-qərb ətəyində demək olar ki, daş yox idi. Kurqanın cənub-şərq hissəsinin torpağından isə bir ədəd qaramtıl gil qab parçası tapılmışdır. Onun üzərində qırılmış qulpun bir hissəsi qalmışdır. Qab kobud hazırlanmış və pis bişirilmişdir. Ağızının kənarı xaricə qatlanmışdır. Kurqanın təpəsi götürüləndə  məlum oldi ki, mərkəz nöqtədən 40 sm cənubda  tökülmüş kurqan daşları torpaqla birlikdə aşağı çöküb yer səthindən 30 sm-ə qədər dərinə enir. Daşlar təmizləndikdən sonra burada tünd sarı rəngli bərk xam torpaqdan şərq-qərb istiqamətində qazılmış qəbir aşkar edilmişdir. Qəbirin içərisi təmizlənərkən çürümüş ağac qalıqlarına və tək-tək kömür qırıqlarına təsadüf edilirdi. Qəbirin uzunluğu 1,8 eni 1,3 dərinliyi isə 1,2 m-dir. Qəbirdəki skelet yaşlı adama aid olub kəlləsi qərbə, sağ yanı üstə, bükülü vəziyyətdə idi. Skeletin kəlləsi arxası üstə çevrilmişdi və alt çənəsi yox idi. Qolları dirsəkdən bükülüb üzünə tərəf qaldırılmışdır. Skeletin qabağında, qəbirin cənub hissəsində xırdabuynuzlu körpə heyvan skeleti və ağ əhəngdaşı parçası qoyulmuşdur. Qəbirdə 5 ədəd gil qab tapılmışdır. Onlar skeletin kəlləsindən bir qədər aralı, qəbrin eninə, bir cərgədə düzülmüş və torpağın təzyiqi nəticəsində qırılıb parça-parça olmuşdur.

Avey dağının şimal-şərq ətəyində çoxlu xırda kurqanların olduğu da qeydə alınmışdır. Bu kurqanlar Daş Salahlıdan İncə dərəsinə gedən torpaq yolun hər iki tərəfində 10 km-ə qədər bir ərazisində səpələnmişdir. Əli Bayramlıdan Yuxarı Salahlı kəndinə gedən yolun sol tərəfində  kənddən  təxminən 5 km aralı da 5 kurqan vardır. Bir qurup kurqan Bərkin ağzı qədim yaşayış yerinin şərqində düzənliyə enən dağ yamacının üzərində yerləşir. Onların diametri 5-15m, hündürlüyü 0,5-2m-dir. Buradakı kurqanlar o qədər yaxındır ki bəzən onların üzərindən diyirlənmiş daşlar bir-birinə qarışmışdır.      Avey dağının şərq ətəyində, o cümlədən yaşayış yerinin qonşuluğunda olan bütün yerlər əkin sahələridir.  Ona görə də əkin sahəsinə düşən kurqan təpələrinin bir qismi dağılmış, daşları əkin sahələrinə səpələnmişdir. Yalnız əkin sahələrinin kənarındakı kurqanlar tamamilə salamat qalmışdır.

Daşlı çökək kurqanları Tunc dövrünə aid 6-ədəd ölkə əhəmiyyətli arxeoloji abidədir. 1984-cü ildə aşkar olunmuşdur. Daş Salahlı kəndi ərazisində Daş Çökək adlanan yerdədir. Bu kurqanlar da forma və məzmun baxımından Yovşanlı təpə və Ağdərə kurqanlarını təkrarlayır.

Daş Salahlı kurqanı Son tunc ilk dəmir dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir. 1962-ci ildə aşkarlanmışdır. Daş Salahlı kəndinin girəcəyində yolun sağ tərəfindədir. Çox böyük kurqan olub hündürlüyü təxminən 15-18 metr diametri isə 60 metrdən çoxdur.

Kurqanlar 3 ədəd Mərdanlı dam yeri ərazisində Tunc dövrünə aid 3-ədəd ölkə əhəmiyyətli arxeoloji abidədir. 1984-cü ildə aşkar olunmuşdur. Daş Salahlı kəndi ərazsində Mərdanlı dam yeri deyilən ərazidədir.

Yovşanlı təpə kurqanları Tunc dövrünə aid olub 8 ədəd ölkə əhəmiyyətli arxeoloji abidədir. 1990-cı ildə aşkar olunmuşdur. Daş Salahlı kəndi ərazisində Daşlı Çökək adlanan yerdən şərqdədir.

Çoban Qurbanoğlu kurqanı Daş Salahlı kəndindəki Xəzallının ağzı deyilən yerdə tunc dövrünə aid olub ölkə əhəmiyyətli arxeoloji abidədir. Hündürlüyü 1.5 metr diametri isə 4 metrdir. Üzərinə daş düzümü çox aydın bilinir.

Ağ dərə kurqanları 2 ədəd Daş Salahlı kəndi Daş çökək ərazisində qərbdə yolun kənarında yerləşir. Ölkə əhəmiyyətli arxeoloji abidədir. Tarixi tunc dövrünə aid edilir.

Kurqanlar Daş Salahlı kəndi Dəlləkli qəbristanında cənub tərəfdədir. Ölkə əhəmiyyətli arxeoloji abidədir. Tarixi tunc dövrünə aid edilir.

 

Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun

                                 elmi işçisi   Qocayeva Xeyransa

21-27 may 2024 -cü il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Qocayeva Xeyransanın “Türküstan” qəzetində “Tarixin Dərin İzlərini Yaşadan Kurqanlar” adlı elmi məqaləsi çap edilmişdir.
Spread the love