“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılmışdır.

Respublika Prezidenti İlham Əliyevin tövsiyyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılmışdır. Hər il olduğu kimi bu ildə Qazaxda maarifləndirici tur-aksiyaya yenidən start verilmişdir. Bu aksiyada iştirak edən Qazax məktəbliləri qoruğumuzun “Göyəzən” və “Damcılı” filialında da olmuşlar.
“Göyəzən” filialı ərazisinə daxil olan möhtəşəm Göyəzən dağına baxış şagirdlərdə xoş təəssürat yaradıb. Məktəblilərə qoruğun elmi işçiləri tərəfindən Göyəzən dağının tarixi əhəmiyyəti, keçmişi və bu günü haqqında geniş məlumat verilmişdir.
“Damcılı mağara düşərgəsi” ilə tanışlıq da məktəblilərdə zəngin təssərrüatlar yaratmışdır. Burada da qoruğun elmi işçiləri və ekskursiyaçıları müəllim və şagird kollektivinə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, Avey dağı və Damcılı mağarası haqında geniş və hərtərəfli məlumatlar vermiş, eyni zamanda şagirdlər tərəfindən verilən sualları cavablandırmışlar. Şagirdlərə buranın nə qədər qədim bir tarixə malik olması və buradan tapılmış zəngin tarixi maddi və mənəvi sərvətlərimiz sayılan qədimi əşyalar haqqında da geniş məlumat verilmişdir. Şagirdlər xoş təssərrüatla qoruğumuzdan ayrılmışlar.

“Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılmışdır.