“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Gəncə Dövlət Universitetin 80 illik yubileyinə həsr olunmuş “Gənc alimlərin III beynəlxalq elmi konfransı

2015-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarışlar aparmaq üçün “Avey”Dövlət Tarix- Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən isə Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında 3 tərəfli 5 illik beynəlxalq memorandum imzalandı. Memoranduma əsasən elmi tədqiqat işləri 2016-cı ildən başlayaraq hər il davam etdirilir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun əməkdaşları Məmmədov Yaqub və Heydərova Ülviyyə xanım da qoruq ərazisindəki elmi tədqiqat işlərində yaxından iştirak etmişdirlər. Bu tədqiqatdan əldə etdikləri elmi materialla 2018-ci il 17-18 oktyabr tarixlərində keçirilən Gəncə Dövlət Universitetin 80 illik yubileyinə həsr olunmuş “Gənc alimlərin III beynəlxalq elmi konfransı”nda “Damcılı mağarasında arxeoloji qazıntılar” (2016-2018) adlı məqalə ilə çıxış etmişlər. Material jurnalda çap olunmuşdur.

Gəncə Dövlət Universitetin 80 illik yubileyinə həsr olunmuş “Gənc alimlərin III beynəlxalq elmi konfransı