2015-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarışlar aparmaq üçün “Avey”Dövlət Tarix- Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən isə Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında 3 tərəfli 5 illik beynəlxalq memorandum imzalandı. Memoranduma əsasən elmi tədqiqat işləri 2016-cı ildən başlayaraq hər il davam etdirilir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun əməkdaşları Məmmədov Yaqub və Heydərova Ülviyyə xanım da qoruq ərazisindəki elmi tədqiqat işlərində yaxından iştirak etmişdirlər. Bu tədqiqatdan əldə etdikləri elmi materialla 2018-ci il 17-18 oktyabr tarixlərində keçirilən Gəncə Dövlət Universitetin 80 illik yubileyinə həsr olunmuş “Gənc alimlərin III beynəlxalq elmi konfransı”nda “Damcılı mağarasında arxeoloji qazıntılar” (2016-2018) adlı məqalə ilə çıxış etmişlər. Material jurnalda çap olunmuşdur.
Gəncə Dövlət Universitetin 80 illik yubileyinə həsr olunmuş “Gənc alimlərin III beynəlxalq elmi konfransı