“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunda “Ümumdünya Turizm Günü”

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunda “Ümumdünya Turizm Günü” qeyd edilmişdir.

     Bütün dünyada 1980-ci ildən bu yana qeyd edilən “27 sentyabr Ümumdünya Turizm günü” son dövrlərdə ölkəmizdə də qeyd edilməkdədir. Cənab Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2010-2014-cü illərdə turizmin inkişafına dair dövlət proqramı” ölkədə turizmin əhəmiyyətini artırmaq, mədəni və tarixi irsi tanıtmaq baxımından atılan ən iri addımlardan biridir. Mədəniyyət və Turizm Nazirliyinin göstəriş və dəstəyi ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu da hər il “27 sentyabr Ümumdünya Turizm günü” ilə bağlı müxtəlif səpkili tədbirlər keçirir. Növbəti il də “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində yerləşən maddi-mədəniyyət abidələrinin daha dərindən öyrənilməsi və təbliğ edilməsi məqsədilə “Açıq qapı” günü təşkil edilmişdir. Bu münasibətlə keçirilən tədbirə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının müəllim və tələbə heyəti də cəlb olunmuşdur. Tədbirə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Sənətşünaslıq üzrə elmlər doktoru, dosent İmaş Hacıyev və müxtəlif televiziya kanalları da dəvət olunmuşdur. Tədbirdə iştirak edən tələbələrə xüsusi geyim – üzərində Göyəzən dağının şəkli və qoruğun adı olan köynək və papaqlar paylanmışdır. Tədbirin I mərhələsi qoruğun “Göyəzən” filialında keçirildi. Öncə tələbələrə və müəllimlərə ekskursiyaçılar tərəfindən qoruğun yaranma tarixi, burada yerləşən abidələr haqqında məlumat verildi. Sonra tədbir iştirakçıları əldə bayraqlarla Göyəzən dağına yürüş etdilər. Tədbirin II mərhələsi qoruğun “Damcılı” filialında keçirildi. Qoruğun aparıcı elmi işçisi tarix elmləri doktoru Mənsur Mənsurov qədim yaşayış məskəni olan Damcılı mağara düşərgəsi haqqında gələn insanlara ətraflı məlumat verdi. Üzərində qoruğun tarixi abidələrinin şəkilləri və məlumatlar olan proşuralar tədbir iştirakçılarına paylandı. Tədbir sonda aşıq musiqisi və çay süfrəsi ilə yekunlaşdı.






























































“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunda “Ümumdünya Turizm Günü”