“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalovun iştirakı ilə elmi seminar keçirilib

17 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalovun iştirakı ilə elmi seminar keçirilib.
Tədbir bölgənin zəngin tarixi-mədəni irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində aparılan elmi tədqiqatların əhəmiyyətinə həsr olunub. Azad Zeynalov çıxışında Azərbaycanın qədim tarixinin araşdırılmasında arxeoloji tədqiqatların rolundan bəhs edib, həmçinin “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində mövcud olan arxeoloji və tarixi abidələrin qorunması, tədqiqi və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Seminar zamanı mövzu ətrafında fikir mübadiləsi aparılıb, tarixi-mədəni irsin qorunması və təbliği ilə bağlı geniş müzakirələr keçirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bu cür elmi görüşlərin tarixi-mədəni irsin öyrənilməsi və təbliği baxımından əhəmiyyəti xüsusi qeyd olunub.
Tədbirdə 26 nəfər iştirak edib.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalovun iştirakı ilə elmi seminar keçirilib
Spread the love