Alban məbədi Avey dağının cənub zirvəsinin ən uca nöqtəsində, 900 metr hündürlükdə yerləşir, tarixi VI əsrə aid edilir. Bu tarixi məkan Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınmış, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu tərəfindən mühafizə olunan, inventar №283 olan ölkə əhəmiyyətli memarlıq abidəsidir.
Hava şəraiti ilə əlaqədar olaraq Məbəd üzərindəki tanıtım lövhəsi yağış, külək nəticəsində tez-tez korlandığı üçün həmin lövhə mütəmadi olaraq tərəfimizdən yenilənir, abidənin ətrafı və içərisi quru otlardan təmizlənir.
VI əsrə aid Alban məbədi