12 may tarixində Qazax Rayon Dövlət Rəsm Qalereyasında “Qazaxım mənim” adlı keçirilən rəsm sərgisində iştirak edən Mədəniyyət Nazirliyinin Təsviri və Dekorativ Sənət sektorunun müdiri Qalib Qasımov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, Rəssamlar İttifaqının üzvü, rəssam Qafar Sarıvəlli qoruğun “Damcılı” və “Göyəzən” filiallarında oldular, onlara tarixi abilər haqqında məlumat verildi, üç dildə çap olunmuş flayerlər və üzərində tarixi abilərin şəkilləri olan suvenirlər hədiyyə edildi və sonda qonaqlara çay süfrəsi təşkil olundu.
Qazaxım mənim adlı rəsm müsabiqəsinin qonaqları qoruq ərazisində