19.07.2018-ci il tarixində Mədəniyyət Naziri Əbülfəs Qarayev Qazax rayonundakı “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Damcılı” filialında olub və burada aparılan arxeoloji qazıntılarla tanış olmuşdur. 2015-ci ildən başlayan arxeoloji qazıntılar artıq 3-cü ildir ki, davam etməkdədir. Aparılan arxeoloji qazıntılarla tanış olan cənab Əbülfəs Qarayevə qoruğun direktoru Səadət Əliyeva tərəfindən geniş məlumat verilmişdir. Qazıntılar zamanı tapılan eksponatların sərgisi Nazirin marağına səbəb olmuşdur. Cənab Əbülfəs Qarayev qoruqda görülən işlərdən razı qaldığını bildirməklə yanaşı qoruğun gələcək fəaliyyətinin daha da gücləndirilməsi, araşdırılmasının davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyyələrini verib.
https://azertag.az/xeber/1181255#.W1bfLl-ikeM.facebook
http://goyezen.az/manset/1549-azrbaycan-respublikasnn-mdniyyt-naziri-blfs-qarayev-avey-dvlt-tarix-mdniyyt-qoruunda-aparlan-arxeoloji-qazntlarla-tan-olub.html
http://qafqazinfo.az/news/detail/nazir-arxeoloji-islerle-tanis-oldu-fotolar-225228
http://www.science.gov.az/news/open/8479
http://www.vesti.az/kultura/ob-etoj-nakhodke-eshhe-dolgo-budut-govorit-vpervye-v-azerbajdzhane-369434
http://goyezen.az/medeniyyet/1509-damcl-maara-drgsind-arxeoloji-qazntlara-balanlb.html
http://mct.gov.az/az/umumi-xeberler/nazir-avey-dovlet-tarix-medeniyyet-qorugunda-aparilan-arxeoloji-qazintilarla-tanis-olub