“Avey” Dövlət Tarix Mədəniyyət qoruğunun “Yuxarı Əskipara” filialı ərazisinə daxil olan dövlət qeydiyyatına alınmış Yolumuzu gözləyən abidələrdən biri-Hamam qalıqları. İnventar № 4523. Yerli əhəmiyyətli memarlıq abidəsidir.
Yuxarı Əskiparada torpaqdan müalicəvi su hesab olunan isti su çıxırmış. Həmin ərazilərdə təxminən 3 hamam olubdur. Onlardan 2-si tamamilə uçub. Birinin yarı hissəsi qalıb. Uzunluğu 10 m., eni 5m., iki otaqdan ibarət olub. Biri ümumi hamam, o biri hissədə hörükdən 10-a qədər vanna olub. Burada balaca su hovuzu da olub. Hovuza pulləkənlərlə aşağı düşülür. Saxsı turbalar vasitəsi ilə gələn su hovuza tökülür və buradan müalicə vasitəsilə istifadə edilirmiş. Cogaz çayının sahilində 7 su dəyirmanın qalıqları indi də durmaqdadır. Orada şəhər olan vaxt ərzində meşə olmayıb. Şəhər dağılıb xaraba qaldıqdan sonra meşə əmələ gəlibdir.
Yolumuzu gözləyən abidələr…