“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb.

Xocalı soyqırımı – qan yaddaşımız!

Xocalı soyqırımı – qan yaddaşımız!

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!

Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə qələbə çaldı, torpaqlarımızı geri aldıq. Xocalı faciəsindən 29 il keçsə də bu soyqırım qan yaddaşımızda olduğu kimi qalır.

Xocalı faciəsi ilə əlaqədar “Avey” Dövlət Tarix Mədəniyyət qoruğu onlayn tədbir təşkil etdi, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, çıxışlar və məruzələr dinlənildi. Allah bütün şəhidlərimizə rəhmət etsin..

Xocalı soyqırımı – qan yaddaşımız!
Spread the love